Xədicə İsmayıl kameralardakı qanunsuzluqlardan danışdı

Proses 25 noyabr saat 15:00-a təxirə salınıb

Source:


Proses 25 noyabr saat 15:00-a təxirə salınıb

Noyabrın 19-da Bakı Apellyasiya Məhkəməsində araşdırmaçı jurnalist Xədicə İsmayılın prosesi keçirilib. Jurnalist məhkəmə başlamamışdan əvvəl şüşə kameradan “263, 264-cü kameralarda yetkinlik yaşına çatmayanları karsa salıblar. Qanunsuzdur” yazılmış kağız tutub. Bundan  sonra məhkəmə işçiləri jurnalistin qarşısında dayanaraq onu görməyə imkan verməyiblər.

Hakim bildirib ki, jurnalistin vəkilləri 2 gün öncə məhkəməyə müraciət edərək Tiflisdə olduqlarından  prosesə qatıla bilməyəcəklərini və təxirə salınmasını istəyiblər. Jurnalist Xədicə İsmayıl vəkillərin çox əvvəllər məhkəmə katibinə prosesin təxirə salınması üçün müraciət etdiklərini bildirib.

“Vəkillərim sizə və mənə narahatlıq yaratmamaq üçün əvvəlcədən müraciət etmişdilər. Amma görünür nədənsə, siz belə istəmisiniz. Dövlət vəsaitlərinə qənaət etmirsiniz”,-deyə jurnalist bildirib.

Proses 25 noyabr saat 15:00-a təxirə salınıb.

Ana səhifəXəbərlərXədicə İsmayıl kameralardakı qanunsuzluqlardan danışdı