Xədicə İsmayıl: Cinayət işinin mövzusu dəyişir…

Fevralın 20-də Azadlıq Radiosunun müxbiri Xədicə İsmayıl növbəti dəfə Baş Prokurrorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq idarəsinə çağırlıb. Xədicə İsmayıl Prokurorluqdan çıxdıqdan sonra jurnalistlərin suallarını cavablandırıb: “Verilən sualalr detallı xarakter daşıyırdı. Soruşdular ki, görüş kim tərəfindən istənilib? Niyə məhs həmin kafedə olub? Düşünürəm ki cinayət mövzusu dəyişə bilər” Jurnalist iş saatında ifadə verilməsinə narazılığını da bildirib: “Mən bildirdim ki, iş saatımda ifadə verməyə gəldiyimə görə mənə maddi ziyan vurulur. Mən bu gün də verlişə çıxa bilməmişəm, sabah da çıxa bilməyəcəm. bununla bağlı yəqin ki, bir tədbir grülməlidir” Xədicə İsmayıl sabah da Prokurorluğa çağırılıb.

Ana səhifəVideoXədicə İsmayıl: Cinayət işinin mövzusu dəyişir…