Xədicə İsmayıl fevralın 21-də növbəti dəfə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə çağrılıb. Jurnalist ilkin olaraq ona ötürülən və sosial şəbəkədə yaydığı Milli Təhlükəsizlik Nazirliyinin məxvi olduğu güman edilən sənədi ilə bağlı dindirilirdi. Xədicə İsmayıl bildirib ki, ona sənədi ötürən keçmiş MTN əməkdaşı Ramin Nağıyevdi və artıq həmin şəxs bunu özü də “Facebook” səhifəsində etiraf edib. Artıq istinaqda jurnalist başqa istiqamətdə sorğu sual edilir. Son iki dindirmədə ondan “Art Garden” restoranında ABŞ Senatının nümayəndələri ilə görüşü haqqda soruşulub. Xədicə İsmayıl bildirirki, həmin Amerka kəşfiyatı adlandırılan şəxslər Amerka senatorunun müşavirləri olub və müşavirlər onunla gözürşməzdən öncə Hafiz Paşayevlə də söhbət ediblər.
Jurnalist deputat Ceyhun Osmanlı tərəfindən sözügedən görüşün səs yazısının qeydə alınması haqda da danışıb:
“Ceyhun Osmanlı gələndə biz artıq söhbəti yekunlaşdırıb, hesabı ödəmək haqda müzakirə aparırdıq. O bizim söhbətləri yaza bilməzdi. Əgər o səsyazma varsa, onu başqası edib, ya da ola bilər ki, o restorana gəlməmişdən bizim masanın altında gizlənmişdi”.
Xədicə İsmayıl fevralın 25-də saat 10:30-da yenidən dindirməyə çağırıblar.
Bu yazı 11 ildən çoxdur ki, yayımlanıb.
Yayımlandı: 21 Fevral 2014 20:01