Araşdırmaçı jurnalist Xədicə İsmayıl Baş Prokrorluğun Ağır Cinayətlətə dair İstintaq İdarəsinə çağırılıb. Qurumdan bildirlib ki, Xədicə İsmayılın öz “Facebook” səhifəsində MTN adından ona göndərilmiş bir məxvi sənədi yayması ilə bağlı araşdırma başlanılıb. Jurnalisti də şahid qismində Prokurorluğa dəvət ediblər. Fevralın 18-də saat Xədicə İsmayıla rəsmi çağırış gəlib və o bir neçə saat dindirilib. Saat 21 radələrində İstintaq İdarəsindən çıxan jurnalist bildirib ki, müstəntiqlər sözügedən sənədlə bağlı sorğu-sual ediblər və onu hardan və hansı məqsədlə aldığını soruşublar. O, dindirmə zamanı ona təzyiq cəhdlərinin də olduğunu deyib.
Xədicə İsmayıl müstəntiqlərdən cinayət işinin başlanması barədə qərarı istəsə də, onu göstərməkdən imtina ediblər.
Jurnalisti fevralın 19-u saat 11:00 üçün yenidən dindirməyə dəvət edilib.
Baş Prokurorluqdan bildirilir ki, sözügedən məsələ ilə bağlı ilə 284.2-ci maddə ilə (dövlər sirri təşkil edən sənədlərin yayılması haqda) cinayət işi açıb
Sözügedən sənəd Xədicə İsmayıla 2011-ci ildə verilib. Elə həmin ildə sənədi sosial şəbəkələrdə jurnalistdən öncə daha bir neçə sosial şəbəkə istifadəçisi yayıb. Onlardan biri Mustafa Kozlu adlı facebook istifadəçisidir. Bu sənəddə müxalifət nümayəndələrindən birinin Milli Təhlükəsizlik Nazirliyi ilə əməkdaşlığa cəlb edilməsindən danışılır. Barəsində söhbət gedən şəxsin MTN-lə əməkdaşlığa gizli çəkilmiş video ilə təhdid edilərək cəlb olunuduğu bildirilir. Xədicə İsmayıl sənədin doğruluğunu yoxlamaq imkanı olmadığından, onu yaymağa qərar verib.
Hüquq müdafiəçisi İntiqam Əliyev jurnalistin dövlət sirri olduğu iddia edilən sənədi yaymasında heç bir qanuna zidd hərəkət olmadığını bildirir:
“Jurnalist, elədə də digər şəxslər dövlət sirri sayıla biləcək məlumatı yaymağa görə məsuliyyət daşımır. Həmin sirrlər etibar edilmiş və ya xidməti fəaliyyətinə görə bəlli olan şəxslər məsuliyyət daşıyır. Jurnalist yalnız o halda məsuliyyət daşıya bilər ki, onlar dövlət sirri təşkil edən məlumatlarla işləməyə buraxılmış olsun, ona məsuliyyət barədə xəbərdarlıq edilsin və bu rəsmiləşdirilmiş olsun. Bütün bunlar yoxdursa, jurnalist hətta dövlət sirri təşkil edən sənədi, məlumatı əldə edibsə, rahatca onu yaya bilər”.
İntiqam Əliyev eyni zamanda bildiri ki, jurnalistin öz məlumat qaynağının açıqlamamaq haqqı var. Yalnız xususi hallarda jurnalist mənbəyi açıqlamaq tələb edilə bilər:
“İnformasiya qaynağını açıqlamamaq haqqı medianın, jurnalistlərin müstəqilliyinin əsas şərtlərindən biridir. Bununla bağlı yaranmış suallara, mübahisələrə Avropa Şurası Nazirlər Kamitəsi 2000-ci ildə mart ayındakı qərarda aydınlıq gətirib. Jurnalisti öz məlumat qaynağını o halda açıqlamağa yanlız o halda məcbur etmək olar ki, informasiyanın açıqlanmasına olan qanuni maraq onun gizli saxlanmasına olan içtimai maraqları üstələmiş olsun. Yəni dövlət təhlükəsizliyi, içtimai asaişin qorunması, cinayətin qarşısının alınması üçün bəzi hallarda jurnalistlər məlulat qaynağını açıqlamağa məcbur edilə bilərlər. Amma hakimiyyət orqanları sübüt etməlidir ki, onları əllərində olan bütün imkanlar tükənib və yeganə olaraq vasitə o qalıb ki, jurnalist qaynağı açıqlasın. Lakin Xədicə İsmayılla bağlı belə bir hal yoxdur. Bu anlamda Xədicə İsmayıldan mənbənin açıqlanması tələb oluna bilməz. Edilərsə və imtina etdiyi halda jurnalist cəzalandırılacaqsa, bu açıq-aşkar qərəz olacaq. Bu o deməkdir ki, hakimiyyət Xədicə İsmayıldan qisas alır, ona qarşı qərəzli olduğu onsuz da göz qabağındadı.