”Dürüstlüyə görə” mükafatı dekabrda jurnalistə təqdim olunacaq
Jurnalist Xədicə İsmayıl
Alternativ Nobel mükafatı
na layiq görülüb. Mükafat “Right Livelihood Award” – “Dürüstlüyə görə” adlanır.
Bu barədə Meydan TV-yə danışan araşdırmaçı jurnalist bildirib ki, laureatlardan biri olması haqda onu bilgiləndirmişdilər.
“Right Livelihood Award” Fondu 1980-ci ildə jurnalist Yakob fon Yukskullem tərəfindən təsis olunub.
Mükafat ekologiyanın qorunması, insan haqları, sağlamlıq, təhsil sahələrində çalışanlara verilir.
Təqdimat hər il dekabrın 9-da keçirilir. Beynəlxalq münsiflər heyəti 3 milyon İsveç kronundan ibarət olan mükafatı 4 qalib arasında bölür.
X.İsmayıl 2014-cü il dekabrın 5-də Cinayət Məcəlləsinin(CM)125-ci maddəsilə həbs edilib.
Jurnalist vergidən yayınma, mənimsəmə, qanunsuz sahibkarlıq, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamlarıyla 7 il 6 ay azadlıqdan məhrum edilib.
Ali Məhkəmə 2016-cı ilin mayın 25-də mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları üzrə jurnalistə bəraət verib və o, 3 il 6 ay şərti cəza ilə azadlığa buraxılıb.