Məhkəmənin başlanma tarixi yaxın günlərdə bəlli olacaq
“Azadlıq Radiosu”nun həbsdə olan əməkdaşı Xədicə İsmayıl Ali Məhkəməyə kassasiya şikayəti verib.
Məlumatı Meydan TV-yə vəkil Fəxrəddin Mehdiyev deyib.
Vəkil bildirib ki, yanvarın 15-də kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edilib: “Şikayəti Ali Məhkəməyə təqdim etdik. Məhkəmənin başlanma tarixi yaxın günlərdə bəlli olacaq”.
Ötən ilin dekabrında həbs edilən X.İsmayıl Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə – külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 5 ay müddətinə azadlıqdan məhrum edilib.
Jurnalist ona qarşı ittihamları rədd edir və siyasi sifariş sayır.