”Xarici neft müqavilələrindən hökumətə 140 mlrd dollar ödənib”

“Neft Fonduna mənfəət neftinin satışından 122.5 milyard dollar daxil olub”

Source:


“Neft Fonduna mənfəət neftinin satışından 122.5 milyard dollar daxil olub”

“2006-2015-ci illərdə xarici neft müqavilələrindən hökumətə mənfəət nefti və vergilər formasında 140 milyard dollara yaxın vəsait ödənib. Neft Fonduna mənfəət neftinin satışından 122.5 milyard dollar daxil olub”.

Bu barədə iqtisadçı Rövşən Ağayev “facebook” səhifəsində yazıb.

R.Ağayev qeyd edib ki, xarici podaratçı və subpodaratçı şirkətlər tərəfindən büdcəyə mənfəət vergisi formasında təxminən 10 mlrd dollar, əmək haqqından gəlir vergisi formasında 1.5 mlrd dollar vergi ödənib: “Bu məbləğ ümumilikdə 140 milyard dollar edir”.

R.Ağayev tədiyyə balansının məlumatlarına istinadən yazıb ki, 10 ildə investorlar özlərinə düşən 36.4 mlrd dolları repatriasiya edərək ölkədən çıxarıblar.

“Əlavə olaraq, 1.5 milyard dollardan çox vəsait bu şirkətlərin işçilərinə əmək haqqı formasında ödənib. Nəticə budur ki, 10 ildə neftdən qazanlan vəsaitlərin 80%-i mənfəət neftinin satışından xalis qazanc və vergilər formasında Azərbaycan hökumətinə çatıb”, -deyə R.Ağayev bildirib.

Ana səhifəXəbərlər”Xarici neft müqavilələrindən hökumətə 140 mlrd dollar ödənib”