Xaricə uçuş bileti olanlara dollar satılır

Daxili uçuşlarla hərəkət edənlərə valyuta satılmır

Source:
Heydər Əliyev adına havalimanı
Heydər Əliyev adına havalimanı

Bir neçə günlük fasilədən sonra Heydər Əliyev adına Hava Limanında valyuta satışı bərpa edilib. Fins.az-ın məlumatına görə, hava limanında filialı olan “Bank Silk Vey” dollar satışını bərpa edib. Bankdan verilən məlumata görə, bu gündən etibarən hava limanından xaricə səfər edənlər dollar ala biləcəklər.

Valyuta yalnız xaricə uçanlara satılır – bankın hava limanındakı filiallarından yalnız xaricə uçuş bileti olanlar valyuta ala bilərlər. Daxili uçuşlarla hərəkət edənlərə valyuta satılmır.

Valyutanın satışı limitlədir – xaricə uçuş bileti ilə adambaşına 100 dollar almaq olar. Eyni məbləğdə bankdan avro da almaq mümkündür.

Hazırda “Bank Silk Vey”də, o cümlədən hava limanında da dolların alış qiyməti 1.6360 manat, satış üzrə qiyməti isə 1.7016 manatdır. Avronun alış məzənnəsi 1.8230 manat, satışı isə 1.8968 manat təşkil edir.

Bank sentyabr ayının 2-dən 5-nə kimi hava limanında da xarici valyuta satışını dayandırmışdı. Amma bankdan bunun səbəbi açıqlanmamışdı.

Ana səhifəXəbərlərXaricə uçuş bileti olanlara dollar satılır