Yeni qanun layihəsi müzakirə edilib
Azərbaycan Respublikası ərazisindən kənarda istintaqdan gizlənən təqsirləndirilən şəxsin tutularaq cinayət prosesini həyata keçirən orqana gətirilməsi ilə əlaqədar çəkilmiş xərclərin məbləği məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər.
Azərbaycandan kənarda istintaqdan gizlənən, təqsirləndirilən şəxsin tutularaq cinayət prosesini həyata keçirən orqana gətirilməsi (ekstradisiya) ilə əlaqədar çəkilən xərcləri həmin şəxsin özünün ödəməsini nəzərdə tutan layihə Milli Məclisdə müzakirə edilib. Cinayət Prosessual Məcəlləsinin 198-ci (Məhkəmə məsrəflərinin tutulması) maddəsinin dispozisiyasına əlavə edilən hissəyə əsasən, həmin məbləğ məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına da keçirilə bilər.