Xaricdə dini təhsil almış azərbaycanlılarla bağlı bəzi qadağalar götürüldü

Bundan sonra xaricdə təhsil almış şəxs mərasim apara biləcək

Source:


Bundan sonra xaricdə təhsil almış şəxs mərasim apara biləcək

Milli Məclisin 16 mayda keçirilən plenar iclasında “Dini etiqad azadlığı haqqında” qanuna yeni dəyişikliklər müzakirəyə çıxarılıb.

Meydan TV-nin məlumatına görə, dəyişiklik barədə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov məlumat verib.

Dəyişikliyə görə, xaricdə dini təhsil almış Azərbaycan vətəndaşları ilə bağlı qoyulan bəzi məhdudiyyətlər aradan qaldırılır. Qanunun hazırkı variantına görə, ölkədə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılması qadağandır.

Bundan başqa, xaricdə dini təhsil almış Azərbaycan vətəndaşlarına İslam dininə aid ayin və mərasimlərin aparılması qadağandır.

Hazırkı qanuna əsasən, vətəndaşların dini təhsil müəssisələrində təhsil almaq üçün xaricə göndərilməsi və din xadimlərinin mübahisəli mübadiləsi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla dini mərkəz və ya dini idarələr tərəfindən həyata keçirilir.

Dəyişikliyə əsasən isə, Qafqaz Müsəlmanları İdarəsi xaricdə dini təhsil almış Azərbaycan vətəndaşlarını müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla İslam dininə aid ayin və mərasimlər aparmasına icazə verə bilər.

Bundan başqa, vətəndaşların təhsil almaq üçün xarici ölkələrin dini tədris müəssisələrinə göndərilməsi, dini tədris müəssisələri tələbələrinin və müəllimlərinin, habelə din xadimlərinin və mütəxəssislərinin mübadiləsi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla dini mərkəz tərəfindən həyata keçirilir.

Ana səhifəXəbərlərXaricdə dini təhsil almış azərbaycanlılarla bağlı bəzi qadağalar götürüldü