İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
Azərbaycanda Xankəndi Şəhər Prokurorluğu yaradılır.
Bununla bağlı Prezident İlham Əliyev mayın 4-də sərəncam imzalayıb.
Sənədə əsasən, Nazirlər Kabinetinə Xankəndi Şəhər Prokurorluğunun yaradılması ilə əlaqədar həmin qurumun bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri ilə təmin edilməsi və digər maddi-texniki təminatı məsələlərinin həlli üçün zəruri tədbirləri görmək tapşırılıb.