Xanımını döyməkdə təqsirləndirilən dünya çempionu inzibati həbs edilib

Qadın zorakılığından danışan kikboks ustası barədə məhkəmə qərarı çıxarılıb

Source:


Qadın zorakılığından danışan kikboks ustası barədə məhkəmə qərarı çıxarılıb

Kikboks üzrə 4 qat dünya çempionu Anar Süleymanovun həbs olunduğu bildirilir.


“Qafqazinfo”

nun verdiyi xəbərə görə, A.Süleymanov həyat yoldaşını döyməkdə ittiham olunur.

İttihama görə, idmançı 2018-ci il noyabrın 5-də Nərimanov rayonunda yaşadığı evdə xanımını döyüb. Əvvəllər tələbəsi olmuş həyat yoldaşı da kikboks üzrə dünya çempionudur.

Xanım polisə izahatında göstərib ki, A.Süleymanovla cəmi 2 ay evli olub:

“Həmin müddət ərzində də məni qapalı yerdə saxlayıb, dəfələrlə döyüb. Məni boğaraq dilimi ağzımdan çıxarıb, öldürmək istəyirdi. Sonuncu dəfə döyüldükdən sonra qayınanamın evdə olmasından istifadə edib qapını açıb qaçaraq atam evinə qayıtdım. Lakin Anar məni və ailə üzvlərimi ölümlə hədələyirdi. Evli olduğumuz vaxt mənə deyirdi ki, “kriminal aləmin üzvləriyik, biz heç kimdən qorxmuruq.

Üzümə yumruqla vururdu, saçımdan tutub evdə sürüyürdü, təpikləyirdi”.

A.Süleymanov barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə protokol tərtib olunub. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə A.Süleymanov fevralın 13-dən etibarən 20 gün müddətinə inzibati qaydada həbs olunub.

A.Süleymanov Azərbaycan Kikboks Federasiyasının qızlardan ibarət milli komandanın baş məşqçisi olub.

Cütlüyün toyu

2018-ci il

in avqust ayında baş tutub.

2018-ci ilin noyabr ayına təsadüf edən müsahibələrinin birində

A.Süleymanov

bütün dünyada olduğu kimi Azərbaycanda da qadın zorakılığının olduğunu deyib və bunun qarşısını almaqdan ötrü xanımları uşaqdan böyüyə kikboksinq idman növünə cəlb etdiklərini bildirib.

Ana səhifəXəbərlərXanımını döyməkdə təqsirləndirilən dünya çempionu inzibati həbs edilib