Xalq artisti vəfat edib

”Yəqin ki, bir saata vida mərasiminin yeri də, dəfn yeri də dəqiqləşər”

Source:


”Yəqin ki, bir saata vida mərasiminin yeri də, dəfn yeri də dəqiqləşər”

Dekabrın 22-də səhərə yaxın xalq artisti Muxtar Maniyev vəfat edib. Məlumatı agentliklərə mərhumun ailə üzvləri verib.

Şəkərli diabetdən əziyyət çəkən Muxtar Maniyevin 2015-ci ilin avqustun 11-də sol ayağı, bu ilin martında isə sağ ayağı amputasiya edilmişdi.

Mərhumun həyat yoldaşı Nəsibə Maniyeva APA-ya aktyorun son vaxtlar çox zəiflədiyini deyib.

“Səhərə yaxın yuxudan qalxdı, narahat olduğunu söylədi, ikicə dəqiqə keçməmişdi ki, qəfildən gözlərini yumdu. Nəşini Tərə Pir məscidinə aparıblar. Dəfnin harada olacağını hələ bilmirik. Yəqin ki, bir saata vida mərasiminin yeri də, dəfn yeri də dəqiqləşər”,-Nəsibə Maniyeva belə deyib.

Mərhum xalq artisti Muxtar Maniyev 1935-ci ildə Bakıda doğulub. Aktyorun ilk filmi “Onu bağışlamaq olarmı?” olub, Sonrakı illərdə “Nəsimi”, “İnsan məskən salır”, “O qızı tapın”, “Bizim Cəbiş müəllim” filmlərinə çəkilib, ümumilikdə isə 150-dən çox filmdə oynayıb.

Ana səhifəXəbərlərXalq artisti vəfat edib