Xalq artisti Rafiq Hüseynov vəfat edib

”Həkimlər əllərindən gələni etdilər”

Source:


”Həkimlər əllərindən gələni etdilər”

Almaniyada müalicə alan xalq artisti, diktor Rafiq Hüseynov vəfat edib.

Məlumatı APA-a onun həyat yoldaşı Səbinə Hüseynova məlumat verib.

“Həkimlər əllərindən gələni etdilər, amma həyata qayıtması mümkün olmadı. Oktyabrın 26-da dünyasını dəyişdi. Mən dövlət qurumlarından xahiş etdim ki, heç kimə deməsinlər. Çünki qızım bu xəbəri mətbuatdan oxusaydı, ona çətin olacaqdı. Artıq qızımı psixoloji cəhətdən hazırlamışam”.

S.Hüseynova əlavə edib ki, R. Hüseynovun cənazəsi iki günə Bakıya gətiriləcək: “Almaniyadakı konsulluğumuz bu işlə məşğuldur. Hər şey dövlət tərəfindən yüksək səviyyədə təşkil olunacaq”.

Rafiq Hüseynov 1946-ci il avqustun 4-də Şuşa şəhərində anadan olub. R.Hüseynov Azərbaycan dövlət televiziyasının ilk diktorlarından olub. O, 50 ildən çox televiziyada işləyib.

2013-cü ildən R.Hüseynov xərçəng xəstəliyindən əziyyət çəkib, dəfələrlə əməliyyat olunub.

Ana səhifəXəbərlərXalq artisti Rafiq Hüseynov vəfat edib