Xalid Bağırov üçün imza vermiş şəxslər hədələnir

MSK hələlik qərarını açıqlamayıb

Source:

MSK hələlik qərarını açıqlamayıb

“Bələdiyyə sədrinin istəyi ilə imza vərəqəsinə qol çəkmişəm. Sədr dedi ki, göstəriş var, kim başqa namizədə imza versə, ona xoş olmayacaq.  Özüm heç, saç ustasıyam, kimdi qayçımı əlimdən alan? Amma yoldaşım dövlət idarəsində işləyir, onsuz da çörəkpulunu zorla qazanırıq, bir imzadan ötrü niyə çörəyimizdən olaq?”

Bu sözləri Meydan TV-yə Keşlə qəsəbəsində yaşayan Kəmalə adlı şəxs deyib.

Oxşar fikirləri bir neçə gün öncə jurnalist Esmira Cavadova da yazmışdı: “Keşlənin icra nümayəndəsi Qara kişi adamlarını qapı-qapı salıb. Xalid Bağırov üçün imza vermiş sakinləri Rövnəq Abdullayevə qarşı çıxmaqda hədələyirlər. Hətta adamlara ərizə filan da yazdırırlar.

Onu da deyim ki, Rövnəq Abdullayevin özü üçün imzanı bələdiyyə sədri Ələmdar Bafadarov toplayıb. Özü də adamların şəxsiyyət vəsiqələrini toplayıb aparıb, işini görüb, neçə gündən sonra gətirib qaytarıb”.

 Keşlə qəsəbəsi 24 Saylı Nizami birinci Seçki Dairəsinin ərazisidir. Dairə Seçki Komissiyası isə REAL-ın İdarə Heyətinin üzvü və deputatlığa namizədi Xalid Bağırovun namizədliyinin qeydə alınmaması ilə bağlı qərar verib. Xalid Bağırov məsələ ilə bağlı MSK-ya müraciət edib. Bu barədə məlumatı REAL Hərəkatı yayıb. Məlumatda deyilir ki, DSK-nın qərarında bəzi imzaların saxta olduğu bildirilib: “Bizdə olan məlumata görə, imza vermiş vətəndaşlara icra strukturları tərəfindən təyziq olunub, onlara imzaları geri götürmələri ilə bağlı təzyiqlər edilib. Bütün bu hərəkətlər ölkədə onsuz da məhdud olan seçki mühitini daha da daraldılmasına, alternativ fikirlərin boğulmasına xidmət edir”.

Hələlik MSK şikayətlə bağlı qərarını açıqlamayıb.

Ana səhifəXəbərlərXalid Bağırov üçün imza vermiş şəxslər hədələnir