Xalça Muzeyində ciddi pozuntuların olduğu təsdiqləndi

Muzeyin baş mühasibi Gülnaz Rüstəmova öz vəzifəsinə məsuliyyətsiz münasibət göstərdiyinə, maliyyə vəsaitlərinin xərclənməsində sənədləşməni qanunvericiliyə uyğun aparmadığına görə tutduğu vəzifədən azad edilib

Source:


Muzeyin baş mühasibi Gülnaz Rüstəmova öz vəzifəsinə məsuliyyətsiz münasibət göstərdiyinə, maliyyə vəsaitlərinin xərclənməsində sənədləşməni qanunvericiliyə uyğun aparmadığına görə tutduğu vəzifədən azad edilib

Xalça Muzeyində ciddi pozuntuların olmasına dair məlumat təsdiqlənib. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin məlumatında deyilir.

Nazirliyin 27 noyabr tarixli qərarı ilə muzeyin fəaliyyətində yol verdiyi nöqsanlara, kollektivdə normal iş ahənginin pozulmasına şərait yaratdığına, rəhbərlik etdiyi muzeydə əmək və icra intizamına ciddi əməl olunmasını təmin etmədiyinə görə Azərbaycan Xalça Muzeyinin direktoru Röya Tağıyevaya sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Muzeyin baş mühasibi Gülnaz Rüstəmova öz vəzifəsinə məsuliyyətsiz münasibət göstərdiyinə, maliyyə vəsaitlərinin xərclənməsində sənədləşməni qanunvericiliyə uyğun aparmadığına görə tutduğu vəzifədən azad edilib.

Nazirliyin 27 noyabr qərarı barədə məlumat 10 gündən sonra daxil olub.

Muzeyin direktor müavini Asya Şirəliyeva muzeyin direktorunu vəzifə səlahiyyətindən sui-istifadədə, xalçaların oğurlanmasında və s. ittiham edib. Əgər bu faktlar təsdiqlənərsə R.Tağıyevanın barəsində bu cür yüngül cəza çıxaran nazir Əbülfəz Qarayevin qərarının necə olacağı məlum deyil.

Görünür, kobud pozuntular və mənimsəmə faktları uzun müddətdir ki, davam edirmiş. Direktor postundan məhrum olmaq üçün daha nələr etmək lazımdır ki?



Turan İA

Ana səhifəXəbərlərXalça Muzeyində ciddi pozuntuların olduğu təsdiqləndi