Elman Fəttah: “10 nəfər şura üzvü ilə danışmışam. Heç biri iclasda iştirak etməyib”
Mayın 19-da Müsavat Partiyası Binəqədi rayon təşkilatının iclası keçirilib. Əsas müzakirə olunan məsələ iki həftə öncə təşkilatın özəyinin qərarı ilə partiyadan çıxarılan Vurğun Əyyubla bağlı olub.
Şura qərara alıb ki, verilən qərar qanunsuz olub. Özəyin protokolu ləğv edilib,seçki orqanları buraxılıb və sədr Sabit Hacıyeva töhmət verilib. Sabit Hacıyev sədrlikdən azad olunub.
Məlumatı şura üzvü Şamil Beydulla öz Facebook səhifəsində paylaşıb.
Ancaq başqan müavini Elman Fəttah musavat.com-a deyib ki, o, qərara şübhə ilə yanaşır: “10 nəfər şura üzvü ilə danışmışam. Heç biri iclasda iştirak etməyib. Rayon təşkilat sədrinin də məlumatı yoxdur”.