Gülağa Aslanlı: ““Kim namizəd olmaq istəyirsə, mütləq özü bu barədə partiyaya müraciət etməlidir”
Vurğun Əyyub: “Partiyanın rəhbər orqanlarına müraciət etmişəm”
İndiyə qədər
Müsavat Partiyası
nın 50-yə qədər seçki dairəsi üzrə deputatlığa ilkin namizədləri müəyyənləşsə də, seçkilərdə iştirak etmək niyyətində olan
Müsavat Partiyası
nın Məclis üzvü, Azərbaycan Demokratiya və Rifah Hərəkatı sədrinin birinci müavini Vurğun Əyyubun adı namizədlər siyahısında yoxdur.
V. Əyyub
APA
-ya açıqlamasında
Müsavat Partiyası
Suraxanı rayon təşkilatının 30 saylı Suraxanı Birinci Seçki Dairəsi üzrə onun namizədliyini müdafiə etdiyini deyib. O, rayon təşkilatının bununla bağlı
Müsavat Partiyası
nın rəhbər orqanlarına müraciət etdiyini bildirib: “Suraxanı rayon təşkilatı bu barədə məndən soruşub, münasibətimi öyrənib. Hələ ki deputatlığa namizəd olmaq fikrindəyəm”.
Şəxsən partiyaya müraciət edib-etməyəcəyi barədə sualı cavablandıran V. Əyyub rayon təşkilatının onun namizədliyi ilə əlaqədar partiyaya müraciət etdiyini bir daha təkrarlayıb: “Mənim cavabım bundan ibarətdir”.
Müsavat Partiyası
nda deputatlığa namizədlərlə bağlı məsul şəxs təyin olunan və müraciətləri qəbul edən Müsavat başqanının müavini, partiyanın İcra Aparatının rəhbəri Gülağa Aslanlı isə agentliyə deyib ki, hansısa dairədən deputatlığa namizəd olmaq istəyən partiya üzvü bu barədə arzusunu bildirməlidir. O, namizəd olmaq istəyən partiya üzvlərinin bu istəklərini ən geci seçki kampaniyasına 1 ay qalana qədər bildirmələrini məqsədəuyğun saydıqlarını qeyd edib. G. Aslanlı partiyada narazıları təmsil edən V. Əyyubun, o cümlədən
Müsavat Partiyası
Qadınlar Birliyinin sədri Ellada Məmmədlinin namizədliklə bağlı müraciətlərinin olmadığını açıqlayıb: “Kim namizəd olmaq istəyirsə, mütləq özü bu barədə partiyaya müraciət etməlidir. Bu, birmənalıdır”.
E. Məmmədli isə deputatlığa namizəd olmayacağını bəyan edib: “Deputatlığa namizəd olmaq üçün partiyaya müraciət etməmişəm. Çünki indiki durumda deputatlığa namizəd olmaq niyyətim yoxdur”.