“ВР-Azerbaijan” 255 əməkdaşını ixtisar edib

Bu qərar rəqabət qabiliyyətini yüksəltmək, səmərəliliyi artırmaq üçündür

Source:


Bu qərar rəqabət qabiliyyətini yüksəltmək, səmərəliliyi artırmaq üçündür

BP-Azerbaijan şirkəti rəqabət qabiliyyətini yüksəltmək üçün heyətində ixtisarlara başlayıb.

Şirkətdə 105 yerli, 150 xarici işçi ixtisar edilib, deyə BP-Azerbaijan-ın press-relizində bildirilir.

Şirkətdə izah ediblər ki, bu qərarlar rəqabət qabiliyyətini yüksəltmək, səmərəliliyi artırmaq üçündür. Şirkətin Davranış Kodeksi və dəyərləri, həmçinin ölkənin müvafiq qanunvericiliyinə uyğun şəkildə qəbul edilir.

BP-Azerbaijan əməkdaşları 15 faiz azaltmağı planlaşdırır. İlin sonunda şirkətdə 3000 əməkdaş olub.

BP Azərbaycanda AÇG və “Şahdəniz” yataqlarının işlənməsinin operatorudur. Bundan başqa, şirkət iki dəniz kəşfiyyatı layihəsində iştirak edir, BTC və Cənubi Qafqaz qaz kəməri layihələrində iştirakçıdır.

Ana səhifəXəbərlər“ВР-Azerbaijan” 255 əməkdaşını ixtisar edib