Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev fikirlərinə görə 5 ay müddətinə həbs edilib. 13 dekabrda Yasamal rayon Məhkəməsində baş tutan prosesdə o, Cinayət Məcəlləsinin 147.1- böhtan maddəsi ilə təqsirli bilinib.
Partiya sədri noyabrın 30-da Xızıda qəzaya uğramış helikopterdən sağ çıxan Dövlət Sərhəd Xidmətinin polkovniki Emil Cəfərovun şikayəti əsasında cəzalandırılıb. Əli Əliyev dekabrın 9-da “Osmanqızı” kanalında bu qəzanı şərh edərkən deyib ki, telekanallarda müsahibə verən və qəzadan sağ çıxdığı bildirilən iki zabitin əslində, hadisə vaxtı vertolyotda olduğuna inanmır.
Partiya sədrinin vəkili Cavad Cavadov bildirib ki, məhkəmə sifarişli qərar çıxarıb. Hakim Hüseyn Səfərov onların vəsatətlərinin heç birini təmin etməyib.
Partiya sədrinin birinci müavini Cahan Əliyeva deyir ki, Əli Əliyev ölkə vətəndaşlarını maraqlandıran problemləri dilə gətirdiyinə görə hakimiyyət onu susdurmaq üçün həbs etdirib.
DSX-nın kapitanı Ramin Ədilovun Əli Əliyev barəsində şikayətinə hakim Rauf Daşdəmirovun sədrliyi ilə növbəti məhkəmə işində baxılacaq.
Bu yazı 3 ildən çoxdur ki, yayımlanıb.
Yayımlandı: 13 Yanvar 2022 22:31