Viktoriya Nuland : Biz Azərbaycanı müstəqil, demokratik ölkə kimi görmək istəyirik

ABŞ dövlət katibinin köməkçisi V. Nuland Azərbaycanda vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşdüyünü bildirib

Source:

Fevralın 17-də ABŞ dövlət katibinin müavininin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland mətbuat konfransı keçirib. O, son 10 günü məşğul olduğunu və bu müddəti ABŞ-Azərbaycan əlaqələri baxımından məhsuldar keçdiyini bildirib: “Mən dövlət katibi Kerrinin enerji məsələləri üzrə təmsilçisi Hoştaynın Cənub Qaz dəhlizi tədbirinə qatılmasını və Minqk Qrupunun amerikalı həmsədri səfir Uorlikin Bakı səfərini nəzərdə tuturam. Öz səfərimi də əlavə edib deyim ki, prezident İlham Əliyevlə və xarici işlər naziri cənab Məmədyarovla çox yaxşı və səmimi görüş keçirmişəm. Ardınca vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüş keçirmişəm. Hər iki görüşdə eyni mesajı çatdırılıb. Mesaj bundan ibarətdir ki, Amerika Azərbaycnla 20 ildən artıq qurduğu tərəfdaşlığı çox yüksək qiymətləndirir. Biz Azərbaycanıın ən güclü, ən demokratik və müstəqil ölkə kimi görmək istəyirik”.


“Əliyev korrupsiyayla mübarizəyə çox sadiq olduğunu bildirdi”

Viktoriya Nuland ötən illərdə qurulan əlaqələrin davam etdirilməsinin vacibliyini vurğulayaraq bildirib ki, ABŞ-la Azərbaycan arasında 3 sahədə əməkdaşlıq mövcuddur – təhlükəsizlik, iqtisadiyyat, enerji və demokratiya: “Təhlükəsizlik sahəsində terrorizmlə və zorakı ekstrimizimlə mübarizədə Əfqanıstanda və Kosovoda əməkdaşlıq etmişik. Bizimlə birgə ABŞ Müdafiə Nazirliyindən və Avropa komandanlığından nümayəndələr də gəlib. Azərbaycanla sülhyaratma qüvvələrinin qüvvətləndirilməsi barədə müzakirələr aparacağıq. Azərbaycanın yeni müdafiə naziri ilə yaxşı işləyirik. Enerji sahəsində Cənub-Qaz dəhlizinin gücləndirilməsi istiqamətində çalışırıq. Bu, ABŞ-ın, Avropanın və Azərbaycanın ortaq layihəsidir”.

ABŞ rəsmisi prezidentlə görüşündə iqtidasiyyatın şaxələnməsi və müxtəlifləşməsi istiqamətində müzakirələr apardığını söyləyib. Onun sözlərinə görə, prezident bu işə çox maraq göstərir: “Bundan əlavə, informasiya texnologiyaları, kənd təsərrüfatı və nəqliyyat sahəsində də əməkdaşlığımızın dərinləşdirilməsi barədə danışdıq. Əliyev korrupsiyayla mübarizəyə çox sadiq olduğunu bildirdi. Bilirsiniz ki, korrupsiya demokratiyanın qənimidir və xarici investisiyanın yatırılmasını əngəlləyir. Razılığa gəldik ki, daha güclü, şəffaf və demokratik Azərbaycan naminə ikitərəfli əməkdaşlığımızı davam etdirək”. O, prezidentlə görüşdə Dağlıq Qarabağ mövzusuna toxunduğunu və son zamanlar təmas xəttində baş verənlərdən narahtlığını ifadə etdi: “Ermənistanda bununla bağlı müzakirələrimi davam etdirəcəm, bu məsələdə hər iki ölkə məsuliyyət daşıyır”.


Demokratiya sahəsində dialoq

O, prezidentlə görüşdə demokratiya və insan haqları mövzusunda da söhbət etdiyini vurğulayıb: “Hökumətlə vətəndaş cəmiyyəti arasında fəal, güclü danışıqların olması gələcək üçün çox vacibdir. ABŞ Azərbaycanın firavan gələcəyi naminə vətəndaş cəmiyyəti ilə hökumət arasında təşəbbüs və dialoqları 20 ildən artıqdır dəstəkləyib. Bundan başqa, biz ötən dövrdə münasibətlərdə təlaş yaradan, narahatedici məqamlara da toxunduq. Razılığa gəldik ki, ABŞ-la Azərbaycan arasında vətəndaş cəmiyyəti və demokratiya sahəsində dialoq qurmaqla insan haqları, azad media sahəsindəki işimizi daha da gücləndirəcəyik. Yaradılacaq ikitərəfli qurumu paralel olaraq AŞ PA baş katibi Yanqland da həyata keçirəcək. Yanqlandla paralel işləyəcəyik ki, göstərilən səylər bir-birinə dəstək və faydalı olsun. Sonda Əliyevlə tələbə mübadiləsi barədə də  danışdıq”.

Ana səhifəXəbərlərViktoriya Nuland : Biz Azərbaycanı müstəqil, demokratik ölkə kimi görmək istəyirik