Vicdan məhbusu Cümhuriyyət Günü münasibəti ilə xalqı təbrik edib

Anar Məmmədli: “AXC Şərqdə ilk dəfə qadınların seçki hüququnu tanımaqla azad və ədalətli seçkiyə olan inamımızı formalaşdırdı”

Source:


Anar Məmmədli: “AXC Şərqdə ilk dəfə qadınların seçki hüququnu tanımaqla azad və ədalətli seçkiyə olan inamımızı formalaşdırdı”

Vicdan məhbusu Anar Məmmədli Cümhuriyyət Günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

Təbrikdə deyilir:

“Əziz həmvətənlər!

1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyət şərqdə demokratik idarəetmənin əsasını qoydu. İslahatlara açıq Nazirlər Kabineti, təmsilçilik əsasında qurulmuş Parlament bizim gerçək idarəetmə baxışlarımızı ortaya qoydu.

Şərqdə ilk dəfə qadınların seçki hüququnu tanımaqla azad və ədalətli seçkiyə olan inamımızı formalaşdırdı. Biz vicdan məhbusları həbsdə olsaq da, hər birimiz içimizdə bu ideyaları yaşadırıq və bu bəşəri dəyərlərə inanırıq. İnanırıq ki, biz azadlıqda olmasaq da, bəşəri dəyərlərə sadiq olan Sizlər

Azərbaycanda demokratik idarəetmenin qurulması üçün səylərinizi davam etdirəcəksiniz.

Hər birinizə bu müqəddəs işdə uğurlar arzulayaraq bayramınızı təbrik edirəm”.

Anar Məmmədli 2013-cü ilin dekabr ayının 16-da həbs olunub. Baş Prokurorluq Anar Məmmədlinin sədri olduğu Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzininə həmin ilin oktyabr ayının 29-da cinayət işi açıb. İlkin ittiham qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq idi. Daha sonra Anar Məmmədli vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək seçki və referendumun nəticələrini saxtalaşdırmaqda da suçlanıb. Bakı Ağır Cinayətlər Məhkəməsi Anar Məmmədlini 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib, Bakı Apellyasiya Məhkəməsi həmin hökmü qüvvədə saxlayıb.

Yerli və beynəlxalq qurumlar Anar Məmmədlinin həbsini siyasi sayır, onu dərhal azad etməyə çağırır.

Ana səhifəXəbərlərVicdan məhbusu Cümhuriyyət Günü münasibəti ilə xalqı təbrik edib