”Veysəloğlu”nun satış meneceri həbs edilib

Nahid Axundov 12 min manat pul mənimsəmədə təqsirli bilinib

Source:


Nahid Axundov  12 min manat pul mənimsəmədə təqsirli bilinib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Nahid Axundovun cinayət işi üzrə məhkəmə başa çatıb.

“Report”un məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə N.Axundov 7 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.

N.Axundov “Veysəloğlu” MMC-də satış meneceri olub. O, 12 min manat pul mənimsəmədə təqsirli bilinib. İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Ana səhifəXəbərlər”Veysəloğlu”nun satış meneceri həbs edilib