“Vətəndaşların müraciəti haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasına çıxarılacaq

17 maddədən ibarət yeni qanun layihəsi 1997-ci ildə qəbul olunmuş qanunun tamamilə yenidən işlənib və təkmilləşdirilmiş formasıdır

Source:

 17 maddədən ibarət yeni qanun layihəsi 1997-ci ildə qəbul olunmuş qanunun tamamilə yenidən işlənib və təkmilləşdirilmiş formasıdır

Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında “Vətəndaşların müraciəti haqqında” yeni qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.


APA

-nın məlumatına görə, ikinci oxunuşda layihəyə 20-dən çox redaktə xarakterli düzəlişlər edilib. Qeyd olunub ki, 17 maddədən ibarət yeni qanun layihəsi 1997-ci ildə qəbul olunmuş “Vətəndaşların müraciət qaydaları haqqında” qanunun tamamilə yenidən işlənib və təkmilləşdirilmiş formasıdır. Həmin qanuna görə vətəndaşların araşdırılması rəsmi tələb olunan 3 rəsmi müraciət – təklif, ərizə və şikayət forması var idisə, yeni qanun layihəsində bu artırılaraq 10 müraciət formasına çatdırılır. Buraya hazırda qüvvədə olan 3 müraciət formasından başqa elektron, şifahi, telefon, anonim, kollektiv müraciətlərlə yanaşı, teleradio vasitəsilə edilən müraciətlər də daxildir. Əlavə olunmuş yeni müddəalar vətəndaşların müxtəlif üsullarla vəzifəli şəxslərə, aidiyyəti qurumlara müraciətini təmin edəcək, qanun pozuntularının qarşısını alacaq.

Qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Ana səhifəXəbərlər“Vətəndaşların müraciəti haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasına çıxarılacaq