Şamaxının Quşçu kənd sakini Akif Niftaliyev bu sözlərinə görə elə həmin gün polis bölməsinə aparılıb.
Akif deyir ki, onu polis bölməsində huşunu itirənədək döyüblər. Səhəri gün isə məhkəmədə polisə müqavimət ittihamı ilə 10 sutka həbs ediblər.
Azadlığa çıxdıqdan sonra döyülməyi ilə bağlı Şamaxı Rayon Prokurorluğuna müraciət edib
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə iddiaların həqiqəti əks etdirmədiyi bildirildi.