”Vergilər Nazirliyinin əməkdaşı ifadə versin”

Vəkilin vəsatəti baxılmamış saxlanıldı

Source:
Saday Şəkərli
Saday Şəkərli
Saday Şəkərli
Saday Şəkərli


Vəkilin vəsatəti baxılmamış saxlanıldı

Aprelin 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində şair Saday Şəkərlinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə hal şahidləri ifadə veriblər. Onların istintaqa verdiyi ifadə ilə məhkəmə zamanı verdiyi ifadələr arasında ziddiyyətlər yaranıb.

Saday Şəkərlinin vəkili Bəhruz Bayramov Vergilər Nazirliyinin əməkdaşı Asif Cahangirovun məhkəməyə gəlib ifadə verməsi ilə bağlı vəsatətlə çıxış edib:”

“Saday Şəkərli onun ərizəsi ilə həbs edilib. Lakin Asif Cahangirov məhkəməyə gəlmək istəmir. Xahiş edirəm məhkəməyə məcburi gətirilsin”.

Vəsatət baxılmamış saxlanılıb. Hakim bildirib ki, Asif Cahangirova bildiriş göndərilib ki, gəlib məhkəmədə iştirak etsin.

Proses aprelin 14-dək təxirə salınıb.

Baş Prokurorluğun yaydığı məlumata görə, Saday Şəkərovun (Saday Şəkərli) külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla, barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulu almasında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. S.Şəkərov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə, məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

S. Şəkərli ittihamları qəbul etmir.

Şair Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Ana səhifəXəbərlər”Vergilər Nazirliyinin əməkdaşı ifadə versin”