Vergilər Nazirliyi önündə flaş-mob

Aksiyada 10 nəfərdən çox gənc iştirak edir. Parkda sakitcə oturub, “Qanun” nəşriyyatına aid olan kitabları oxuyurlar.

Source:

Hazırda Vergilər Nazirliyinin önündə Dalğa Gənclər Hərəkatının kitab flaş-mobu keçirilir. Aksiya “Qanun” nəşriyyatına olan təzyiqlərlə bağlı etiraz əlaməti olaraq keçirilir.  Aksiyada 10 nəfərdən çox gənc iştirak edir. Parkda sakitcə oturub, “Qanun” nəşriyyatına aid olan kitabları oxuyurlar. Heç bir mülkü geyimli və polis qüvvəsi gözə dəymir.

Meydan Tv müxbirinin verdiyi məlumata görə aksiya bir saat, dinc şəkildə davam edəcək. Dalğa Gənclər Hərəkatının sədri Hacı Zeynallı bütün gənclər təşkilatlarına və ictimaiyyətə səslənərək bildirib ki, əgər “Qanun” nəşriyyatı bağlansa ölkədə keyfiyyətli kitab böhranı yaşanacaq. Ona görə də onlar nəşriyyata olan təzyiqlərə son qoyulmasını tələb edirlər.

Xatırladaq ki, “Qanun” nəşriyyatı təzyiqlərə məruz qalır və nəşriyyatın bağlanma təhlükəsi var. Artıq “Qanun” nəşriyyatı 150 min manat cərimə olunub. Vergilər Nazirliyi, Vergi Cinayətlərinin ibtidai Araşdırılması Departamentində İstintaq idarəsində cinayət işi başlanıb.

Ana səhifəXəbərlərVergilər Nazirliyi önündə flaş-mob