Vəkillər Leyla Yunusla bağlı bəyanat verəcək

“İntiqam Əliyevə münasibətdə də qanun pozuntusunun aradan qaldırılması üçün məhkəməyə müraciət olunacaq”

Source:


“İntiqam Əliyevə münasibətdə də qanun pozuntusunun aradan qaldırılması üçün məhkəməyə müraciət olunacaq”

Sentyabrın 9-da vəkil Cavad Cavadov həmkarı Anar Qasımlı ilə Bakı İstintaq Təcridxanasında “Hüquq Maarifçiliyi Cəmiyyəti”nin sədri İntiqam Əliyevlə görüşüblər.

Bu barədə Facebook səhifəsində məlumat verən Cavad Cavadov bildirib ki, görüşdən əvvəl həmişə kimi nəzarətçilər qanunsuzluğa yol verərək İntiqam müəllimin şəxsi və vəkillərlə müzakirə üçün nəzərdə tutulmuş qeydləri, sənədləri onun əlindən alaraq bir-bir oxuyub (senzuradan keçirdib), onların bir hissəsinin Təcridxananın rəhbərliyinə göstərmək adı ilə görütürb qaytarmadılar.

“Qanunsuzluğu həmin vaxt Rəşadət Axundovla görüşə gələn vəkil Elton Quliyev də gördü və nəzarətçilərə bunun yolverilməz olduğunu bildirdi. Bu hal dəfələrlə təkrarlandığından bu barədə akt tərtib etdik və hamımız, Elton müəllim də ora imza qoyduq. Praktika halına çevrilmiş bu qanun pozuntusunun aradan qaldırılması üçün məhkəməyə müraciət olunacaq”,- deyə vəkil Cavadov yazıb.

O, hüquq müdafiəçisi Leyla Yunusla da görüşdüyünü bildirib.

Cavad Cavadov Leyla Yunusla bağlı vəkillərin birgə bəyanatının olacağını da deyib.

Ana səhifəXəbərlərVəkillər Leyla Yunusla bağlı bəyanat verəcək