Vəkillər Kollegiyası jurnalistlərə cavab verdi

”Jurnalistlər məhkəmədən öncə kollegiyaya müraciət etməli idi”

Source:


”Jurnalistlər məhkəmədən öncə kollegiyaya müraciət etməli idi”

Vəkillər Kollegiyasının Rəyasət Heyəti jurnalist Xədicə İsmayıl və Aynur Elgünəşin kollegiyanı məhkəməyə verməsi məsələsinə münasibət bildirib.

Jurnalistlər hüquqi yardım üçün müqavilə bağladıqları vəkil Yalçın İmanovun Vəkillər Kollegiyasından uzaqlaşdırılması və nəticədə onların müdafiə hüququnun pozulması iddiası ilə məhkəməyə üz

tutublar

.

Vəkillər Kollegiyasının rəhbərliyi isə hesab edir ki, adları çəkilən jurnalistlər məhkəmədən öncə Kollegiyaya müraciət etməliydi:

“Əgər onların hüquqlarının müdafiəsi üçün vəkil təyin olunmasaydı, bu zaman onlarının iddiaları iftiradan uzaq və tutarlı hesab olunardı”.

Vəkillər Kollegiyasının Rəyasət Heyəti hesab edir ki, jurnalistlərin məhkəmə iddiası “son dövrlər vəkillik sahəsində aparılan mütərəqqi islahatlara qara yaxmağa, Vəkillər Kollegiyasının nüfuzunun aşağı salınmasına hesablanmış addımdır”.

Vəkillər Kollegiyasının Rəyasət Heyəti bildirir ki, Kollegiyanın üzvləri qanuna əsasən, ona müraciət edən şəxslərin siyasi baxışlarından, hər hansı təşkilata mənsubiyyətindən və s. asılı olmayaraq, istənilən şəxsə keyfiyyətli və peşəkar hüquqi yardım göstərir.

İddiaçı jurnalistlərdən Xədicə İsmayıl deyir ki, Vəkillər Kollegiyası tamamilə yanlış mövqedədir:

Bu açıqlama onların bizim müdafiə hüququmuza hörmətsizliyindən irəli gəlir. Vəkili seçmək və istədiyi şəkildə müdafiə olunmaq bizim hüququmuzdur. Müdafiə taktikamın ardıcıllığı da mənim hüquqlarımdan biridir. Mən müdafiəmi ilk gündən müqavilə bağladığım və işimlə bağlı məlumatlı olan vəkilə həvalə etmək istəyirəm. Bu zaman iş daha keyfiyyətli olar. Mənim keyfiyyətli müdafiə hüququm var və məni bu keyfiyyətli müdafiədən Vəkillər Kollegiyasının hansısa bir qərarı məhrum edirsə, mənim o qərarları mübahisələndirmək haqqım var. Məsələn, Vergilər Nazirliyi ilə bağlı olan işimdə məni Yalçın İmanov təmsil edir. O, bu işdə məlumatlıdır, çünki daha öncə də mənim bir neçə işimi aparıb. Avropa Məhkəməsinə şikayətlərimi də Yalçın İmanov yazıb. Ona görə mənim haqqım var ki, bu işlər barədə daha çox məlumatı olan və məni bu işlə bağlı daha keyfiyyətli müdafiə təşkil edə biləcək vəkil təmsil etsin. Amma iş bundadır ki, Apelyasiya Məhkəməsində Yalçın İmanov məni təmsil edə bilməyəcək. Ona görə mənim müdafiə hüququm pozulmuş olacaq. Mən bunda Vəkillər Kollegiyasını günahkar bilirəm”.

Aynur Elgünəş və Xədicə İsmayıl
Aynur Elgünəş və Xədicə İsmayıl

Aynur Elgünəş də Vəkillər Kollegiyası rəhbərliyinin bu açıqlamasını düzgün hesab etmir. Deyir, məhkəməyə müraciət etmək onun haqqıdır:

“Kollegiya mənim məhkəməyə müraciətimə aqressiv reaksiya verib. Bu davranışları onu tənqid edənlərə münasibətini göstərir. Bundan əlavə, iftirada suçlamaqla özləri bizə böhtan atırlar. Mən hazırda istintaq altındayam. Sonuncu dəfə dindirilmədə Yalçın İmanovla birlikdə iştirak etmişəm. O, baş verənləri daha dərindən bilir və müdafiəmi bu istiqamətdə qurub. Məhkəmə proseslərində onun iştirakını istəməyim mənim haqqımdır. Mən Vəkillər Kollegiyasının təklif etdiyi vəkillərə güvənmirəm”.

Martın 13-də müstəqil jurnalist Xədicə İsmayıl və Aynur Qənbərova (Elgünəş) Vəkillər Kollegiyasını məhkəməyə vermələri ilə bağlı açıqlama vermişdilər.

Səbəb Vəkillər Kollegiyasının onların hüquqlarını müdafiə edən vəkil Yalçın İmanov haqqında verdiyi qərardır.

Kollegiyanın Rəyasət Heyətinin qərarı ilə Yalçın İmanovun vəkillik fəaliyyəti dayandırılıb. Jurnalistlər bu qərarın onlara həm maddi, həm də mənəvi ziyan vurduğunu deyirlər.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin 2017-ci il noyabrın 20-də verdiyi qərarla Y.İmanovun vəkillik fəaliyyəti dayandırılıb. Səbəb kimi isə avqust ayında Penitensiar Xidmətin rəis əvəzi olmuş Oqtay Məmmədovun ondan şikayəti göstərilib.

Ana səhifəXəbərlərVəkillər Kollegiyası jurnalistlərə cavab verdi