Onun hansı səbəbdən bu addımı atdığı məlum deyil
Vəkil Vüsal Mirzəyevin intihar etdiyi bildirilir. Hadisə Sumqayıtda onun yaşadığı evdə baş verib.
Məlumata görə, Vüsal Mirzəyev yaşadığı evin həyətindəki qaz borusundan özünü asaraq, intihar edib. Vəkilin hansı səbəbdən özünə qəsd etdiyi məlum deyil.
1977-ci il təvəllüdlü Vüsal Mirzəyev Sumqayıt Regional Vəkil Bürosunda çalışırdı. O, 10 ilə yaxındır vəkillik fəaliyyətilə məşğul olurdu.
Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.