Vəkili İlqar Məmmədovla görüşüb

”Onu doğum günü münasibətilə dostlarının adından təbrik etdim”

Source:


”Onu doğum günü münasibətilə dostlarının adından təbrik etdim”

İyunun 14-də vəkil Fuad Ağayev ReAL-ın həbsdə olan lideri İlqar Məmmədovla görüşüb.

Vəkil məhbus ReAL-çının səhhətinin normal olduğunu deyib:

“Onu doğum günü münasibətilə dostlarının adından təbrik etdim. Məndən əvvəl Avropa Şurası Parlament Assambleyasının həmməruzəçisi Stefan Şennakla görüşmüşdü. Biz ümumi söhbət etdik, ölkədəki durumu, haqqında Avropa Şurası Nazirlər Kabinetinin qərarlarını müzakirə etdik”.

İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. O, 7 il azadlıqdan məhrum edilib. Apellyasiya Məhkəməsi hökmü ədalətli saysa da, 2015-ci ilin oktyabrında Ali Məhkəmə kassasiya şikayətinə baxaraq, işi təkrar baxılmaqdan ötrü Şəki Apellyasiya Məhkəməsinə göndərmişdi.

2015-ci ilin əvvəlində Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) İ.Məmmədovun şikayətini təmin edərək, onun azadlığa buraxılması barədə qərar qəbul edib. Avropa Şurası Nazirlər Komitəsi dəfələrlə Azərbaycan hökumətini Strasburq məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb. Ancaq ötən il aprelin 29-da Şəki Apellyasiya Məhkəməsi əvvəlik hökmü qüvvədə saxladığından İ.Məmmədov azadlığa buraxılmayıb. Ali Məhkəmə də bu qərardan verilən kassasiya şikayətini təmin etməyib.

Ana səhifəXəbərlərVəkili İlqar Məmmədovla görüşüb