Vəkili İlqar Məmmədovla görüşə bilmir

”Bu, vəkil və İlqar Məmmədovun hüquqlarının pozulması deməkdir”

Source:
İlqar Məmmədov


”Bu, vəkil və İlqar Məmmədovun hüquqlarının pozulması deməkdir”

Sentyabrın 29-da 2 saylı Cəzaçəkmə Müəssisəsində vəkil Fuad Ağayevə müvəkkili İlqar Məmmədovla görüş izni verilməyib.

Məlumatı Meydan TV-yə Fuad Ağayev verib. Bildirib ki, görüş üçün vəsiqəsini təqdim etdikdən sonra onu 50 dəqiqəyə yaxın gözlədiblər. Daha sonra sənədləri qaytarıblar və vəkil otağının məşğul olduğunu bildirib, bazar ertəsi gəlməyini tövsiyə ediblər:

“Mənim başqa otaq vermək təklifimə cəzaçəkmə müəssisəsinin rəhbərliyi cavab vermədi. Bütün bunlar vəkilin və İlqar Məmmədovun hüquqlarının pozulması deməkdir. Mənim istənilən vaxt müvəkkilimlə görüşmək hüququm var”.

Məsələyə hələlik, Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

İlqar Məmmədov 2013-cü il yanvarın 23-24-də İsmayıllıda baş vermiş hadisələrlə əlaqədar həbs olunub. O, asayiş bərpa olunduqdan sonra şəhərə getsə də, kütləvi iğtişaşların təşkilində, polisə müqavimət göstərməkdə günahkar bilinərək 7 il azadlıqdan məhrum edilib.

2014-cü ilin mayında AİHM qərara alıb ki, İ.Məmmədovun həbsi və həbsdə saxlanması ilə Avropa İnsan Hüquqları Konvensiyasının bir çox maddəsi, o cümlədən 5.1, 5.4 və 6.2-cı (azadlıq və şəxsi toxunulmazlıq hüququ, ədalətli məhkəmə və təqsirsizlik prezumpsiyası və s.) maddələri pozulub. Məhkəmə belə nəticəyə gəlib ki, İ.Məmmədov hər hansı sübut olmadan saxlanılıb, dərhal azad edilməlidir.

Avropa İnsan Hüquqları məhkəməsinin bu qərarı icra edilməyib.

Ana səhifəXəbərlərVəkili İlqar Məmmədovla görüşə bilmir