Vəkilə Xalid Xanlarovla görüşməyə icazə verilməyib

Həbxana işçiləri buna səbəb kimi dezinfeksiya işlərini göstəriblər

Source:
Blogger Xalid Xanlarov
Blogger Xalid Xanlarov
Blogger Xalid Xanlarov
Blogger Xalid Xanlarov


Həbsxana işçiləri buna səbəb kimi dezinfeksiya işlərini göstəriblər

Fevralın 1-də həbs olunan blogger Xalid Xanlarovun vəkili Şəhla Hümbətova onunla DİN-in İnzibati Asayişi Pozanların Saxlanma Həbsxanasında görüşməyə gedib. Həbsxanada vəkili 1 saat gözlətdikdən sonra ona X.Xanlarovla görüşə icazə vermədiklərini deyiblər.

Bu barədə vəkil Meydan TV-yə məlumat verib.

O bildirib ki, həbsxana işçiləri rəislə danışdıqdan sonra görüşə icazə verməyiblər. “Mənə dedilər ki,  həbsxanada dezinfeksiya işləri aparılır, ona görə görüşə bilməzsiniz. Soruşdum ki, 1 saatıdır gözləyirəm, siz bilmirdiniz ki, içəridə dezinfeksiya işləri görülür? Bunu yalnız rəislə danışandan sonra bilmisiniz?

Vəkil müdafiə etdiyi şəxsə təzyiq göstərilməsi ilə bağlı narahatdır. “Onlara dedim ki, heç olmasa 5 dəqiqəlik Xalidlə görüşüm, yenə icazə vermədilər. Məndə şübhə var ki, Xalidlə bağlı hər şey qaydasında deyil. Ona qarşı təzyiq göstərilir”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə “Azadliq”a bildirib ki, günün ikinci yarısında məsələni aydınlaşdıracaq.

Yanvarın 23-də saxlanılan blogger Xalid Xanlarova 25 sutkalıq cəza verilib. Həbsindən bir gün əvvəl, o, DİN-ə Facebook sosial şəbəkəsindəki fəaliyyətinə görə ifadə verməyə çağırılıb.

Ana səhifəXəbərlərVəkilə Xalid Xanlarovla görüşməyə icazə verilməyib