Vəkil ”Turan” agentliyi ilə bağlı məhkəməyə müraciət edib (Yenilənib)

Vergilər Nazirliyinin agentliyə qarşı qərarlarının icrasının dayandırılması tələb edilib

Source:


Vergilər Nazirliyi “Turan” İnformasiya Agentliyinin bank hesablarına həbs qoyulmasına münasibət bildirilib.

Nazirlikdən “Report”a verilən məlumatda deyilir ki, vergi ödəyiciləri vergi öhdəliklərini vaxtında yerinə yetirmədikdə, onların bank hesablarına Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sərəncam qoyulur:

“Bank hesablarına sərəncam qoyulması və qoyulmuş sərəncamın geri götürülməsi Vergilər Nazirliyi ilə banklar arasında bağlanılmış elektron sənəd mübadiləsi haqqında kollektiv sazişin tələblərinə əsasən insan amili olmadan, avtomatlaşdırılmış qaydada və elektron şəkildə həyata keçirilir. Həmin proqram təminatında yaranmış texniki nasazlıq səbəbindən “Turan” İnformasiya Agentliyinin bank hesabına sərəncam qoyulub və dərhal bu nasazlıq aradan qaldırılaraq sərəncam geri götürülüb”.


***


Vergilər Nazirliyinin agentliyə qarşı qərarlarının icrasının dayandırılması tələb edilib

Vəkil Fuad Ağayev oktyabrın 5-də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə vergi orqanlarının “Turan” informasiya agentliyinin bank hesablarına qoyulan sərəncamların dayandırılması haqda ərizə ilə müraciət edib.

Məlumatı vəkil “Facebook” sosial şəbəkəsindəki səhifəsində yayıb.

Vəkil nazirliyin müvafiq qərarlarının icrasının dayandırılmasını tələb edib.

Vergilər Nazirliyi oktyabrın 2-də “Turan” agentliyinin hesabları olan banklara hesaba daxil olan pul vəsaitlərinin agentliyin vergi borcunun ödənilməsi üçün müsadirə edilməsi haqqında göstəriş göndərib.

Qərar agentliyin oktyabrın 1-dən işini bərpa etməsindən sonra banklara göndərilib.

Avqustun 8-də Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti faktla bağlı səyyar yoxlamaya başlayıb.

Bununla bərabər, agentliyə qarşı cinayət işi açılıb, onun direktoru Mehman Əliyev isə avqustun 24-də həbs edilib. Sentyabrın 11-də ona qarşı “başqa yerə getməmək” haqqında qətimkan tədbiri seçilib.

Agentlik bu qərarı qanunsuz hesab edib və avqustun 14-də 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə iclası sentyabrın 27-nə təyin edilib və tərəflərin iştirakı ilə keçirilib. Növbəti iclas oktyabrın 11-də keçiriləcək.

Ana səhifəXəbərlərVəkil ”Turan” agentliyi ilə bağlı məhkəməyə müraciət edib (Yenilənib)