Vəkil: Taleh Bağırzadənin müavininə işgəncə verilib

“Elçin Qasımovun səhhətində ciddi problemlər yaranıb”

Source:



“Elçin Qasımovun səhhətində ciddi problemlər yaranıb”

“Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımov həbs olunarkən amansız işgəncələrə məruz qalıb”. Bu barədə “Azadlıq” qəzetinə E.Qasımovun vəkili Elçin Qəmbərov məlumat verib.

“Müsəlman Birliyi Hərəkatından ilk olaraq Elçin Qasımov həbs edilib. Onun həbsindən sonra Nardaran hadisələri baş verdi və Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə ilə digərləri həbs olundu. Elçin Qasımov həbs olunarkən ilk günlər Sabunçu Rayon Polis İdarəsində saxlanılıb. O, idarədə amansız işgəncələrə məruz qalıb. Onun üzərində ən müxtəlif işgəncə metodlarını sınaqdan keçiriblər. Hazırda Elçin Qasımovun səhhətində ciddi problemlər var. Onun daxili orqanları demək olar ki, sıradan çıxıb. Elçin Qasımovdan Kürdəxanı təcridxanasında da əl çəkməyiblər. Orda onu karsa salıblar”- deyə E.Qəmbərov bildirib.

Vəkil E. Qasımovun irəli sürülən ittihamlardan birini məcburiyyət qarşısında qəbul etdiyini bildirib: “Bu ittihamların içində kütləvi iğtişaşlar törətmək, qanunsuz silah saxlama da var. Elçin Qasımov bütün ittihamları rədd edib. Lakin atasına görə bir ittihamı qəbul etmək məcburiyyətində qalıb. Belə ki, onun evindən silah çıxarıblar və bildiriblər ki, əgər ittihamı qəbul etməsə, atası da həbs olunacaq. Elçin Qasımov da atasına görə bu ittihamı qəbul edib”.

E.Qəmbərovun sözlərinə görə, iyulun 16-da Nəsimi Rayon Məhkəməsində E. Qasımovun həbs müddətinin uzadılmasına baxılacaq.

E. Qəmbərov əlavə edib ki, E. Qasımov beynəlxalq təşkilatlar tərəfindən vicdan məhbusu kimi tanınıb.

Ana səhifəXəbərlərVəkil: Taleh Bağırzadənin müavininə işgəncə verilib