Vəkil: Samir Aşurova inzibati cəza verilib

Nemət Kərimli ReAL üzvü olduğu deyilən gəncin neçə müddətə həbs olunduğundan xəbərsizdir

ẓ ğ
Samir Aşurov
Samir Aşurov


Nemət Kərimli ReAL üzvü olduğu deyilən gəncin neçə müddətə həbs olunduğundan xəbərsizdir

Gənc fəal Samir Aşurovun saxlanıldığı bildirilir. Ona inzibati qaydada həbs cəzası verilib.

Bu haqda Meydan TV-yə Samir Aşurovun vəkili Nemət Kərimli danışıb.

Vəkilin məlumatıma görə, S.Aşurov martın 12-də axşam saatlarında saxlanılıb. Onu məhkəmə qarşısına dünən çıxarıblar. S.Aşurov barədə qərarı Səbail Rayon Məhkəməsinin hakimi Aytən Əliyeva verib.

N.Kərimli hələlik məhkəmə qırarını əldə edə bilməyib. Ona görə də qərarın detalları, S.Aşurovun hansı müddətə cəzalandırılması barədə bilgisizdir. Vəkil martın 15-də Samir Aşurovla görüşəcəyini, qərardan şikayət verilməsi məsələsini müzakirə edəcəyini bildirib.

Samir Aşurov martın 12-də axşam saxlanılıb. Onun Respublikaçı Alternativ (REAL) Hərəkatının üzvü olduğu deyilir. Martın 12-də “Made in Azerbaijan” adlı “Facebook” səhifəsində Samir Aşurovun görüntüləri

yayılıb

. Həmin görüntülərdə o, Avropada yaşayan siyasi mühacirlər tərəfindən həyata keçirilən “Diktatoru tanıdaq” aksiyasını Bakıda da başlatdığını deyir və ağaca, divara İlham Əliyevin şəkillərini yapışdırır. Samir Aşurov etirazını belə əsaslandırır:

“Əgər bir valideyn evə əliboş gedirsə, bu, elə mənim üçün ölümə bərabər bir işdi”.

Ana səhifəXəbərlərVəkil: Samir Aşurova inzibati cəza verilib