Vəkil “Qəbələ” futbol klubunu yanlış xəbər vermədə ittiham edir

“Klub rəhbərliyinin belə açıqlama verməsi onun vəkillərlə zəif əlaqədə olması və ya cəmiyyəti yanlış məlumatlandırmaq məqsədi daşımasından xəbər verir”

Source:


“Klub rəhbərliyinin belə açıqlama verməsi onun vəkillərlə zəif əlaqədə olması və ya cəmiyyəti yanlış məlumatlandırmaq məqsədi daşımasından xəbər verir”

“Bu günlərdə “Qəbələ” futbol klubunun  vitse-prezidenti Fariz Nəcəfov  mətbuata açıqlamasında bildirib ki, Cavid Hüseynovun üstündən  jurnalist Rasim Əliyevin qətlində təşkilatçı olma ittihamı götürülüb. Halbuki Cavid Hüseynov istintaqa bu maddə ilə hec vaxt cəlb edilməyib. Çinayət işinin materiallarından da görünür ki ona belə ittiham irəli sürülməyib. Klub rəhbərliyinin belə açıqlama verməsi onun vəkillərlə zəif əlaqədə olması və ya cəmiyyəti yanlış məlumatlandırmaq məqsədi daşımasından xəbər verir”, – deyə zərərçəkən tərəfi təmsil edən vəkil Əsabəli Müstafayev bildirib.

O, həmçinin istintaq tərəfin hələ də bu açıqlamaya münasibət bildirməməsindən təəccübləndiyini də vurğulayıb.

Vəkilin sözlərinə görə, Cavid Hüseynov Cinayət Məcəlləsinin “hazırlanan cinayət haqqında  bilib xəbər verməmək” və “baş vermiş cinayət haqqında xəbər verməmək “ maddələri ilə ittiham olunur.

Klub rəhbərliyinin “ümid edirik ki, həbsdə olmasına səbəb olan maddə də məhkəmədən sonra götürüləcək və futbolçumuz geri dönəcək” ifadəsinə gəlincə isə vəkil bildrdi ki, bu, artıq  məhkəmənin obyektiv aparılmayacağı ilə baglı şübhələr yaradır”. Klub rəhbərliyinin ifadələrində olan bu əminlik bizdə belə şübhə yaradır ki, onlar artıq hüquq-mühafizə orqanları ilə müəyyən danışıqlar aparmağa cəhd edir və məhkəməyə təzyiq göstərməyə çalışırlar”, –  deyə vəkil bildirib.

Avqustun 8-də ANN.Az portalının əməkdaşı Rasim Əliyev bir qrup şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib.

Bununla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hadisə ilə bağlı Cavid Hüseynovdan başqa daha 5 nəfər həbs olunub. Onlardan biri də Cavid Hüseynovun bibisi oğlu 21 yaşlı Elşən İsmayılovdur.

Rasim Əliyev öz “Facebook” hesabında Cavid Hüseynovun jurnalistlərin suallarını cavablandırarkən etdiyi hərəkəti təndiq edib. Həmin videoda Cavid Hüseynov Kirpirli bir jurnalistin “matçtda niyə Türkiyənin bayrağını qaldırdınız” suallına əl hərəkətləri ilə cavab verdiyi görünür. Bundan sonra Cavid Hüseynov R.Əliyevə zəng edərək, onun əli ilə göstərmək istədiklərinin yalnış anlaşıldığını və əslində o Türkiyə ilə Azərbaycanın dostluğunu göstərmək istədiyini bildirib.

Jurnalist Rasim Əliyevin öldürülməsi ilə bağlı istintaq başa çatıb. Jurnalistin işi ilə bağlı ölkənin tanınmış jurnalistləri və hüquq müdafiəçilərindən ibarət ictimai təhqiqat qrupu yaradılıb. Qrup üzvləri Cavid Hüseynovun işdə təşkilatçı kimi təqsirləndirilməsini və həkimlərin də istintaqa cəlb olunmasını tələb edirlər.

Ana səhifəXəbərlərVəkil “Qəbələ” futbol klubunu yanlış xəbər vermədə ittiham edir