Vəkil: Məhkəmə qərarlarına baxmayaraq Demirtaş barmaqlıqlar arxasındadır

Türkiyə Ədalət və İnkişaf Partiyası (AKP) və Prezident Rəcəb Tayyib Ərdoğanın tərəfdarları istisna olmaqla bütün Türkiyə cəmiyyəti Demirtaşın azad edilməli olduğunu deyir.

Foto: https://ahvalnews.com/tr/


Partiya liderinin azad edilməsi Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən də tələb edilib

Kürdyönümlü Xalqların Demokratik Partiyasının (HDP) keçmiş həmsədri Səlahəddin Demirtaş Türkiyənin üst məhkəməsinin ötən həftə verdiyi qərardan sonra həbsdən azad edilməli idi,- onun vəkili Ramazan Demir Ahval media platformuna bildirib.

Türkiyənin Konstitusiya Məhkəməsi (AYM) 19 iyun tarixində Demirtaşın uzun müddətə azadlıqdan məhrum edilməsinin hüquq pozuntusu olduğuna qərar verib.

Demirtaşın həbsi 4 noyabr 2016-cı ildə HDP həmsədrinin və digər HDP millət vəkillərinin həbs olunduğu vaxt başlayıb. Prokurorluq onun Türkiyədə qanunsuz qurum olaraq tanınan və 1984-cü ildən bəri kürd muxtariyyəti uğrunda mübarizə aparan Kürdüstan İşçi Partiyası (PKK) ilə əlaqələrinin olduğunu iddia edir.

Dəmirtaşın azad edilməsiylə bağlı məhkəmə qərarlarına baxmayaraq Demirtaş hələ də Edirnə yüksək təhlükəsizlik həbsxanasında qalmaqdadır. Onun azad edilməsi Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) tərəfindən də tələb edilib. Türkiyə hakimiyyəti AİHM-in qərarını icra etməkdən boyun qaçırıb.

“Biz müxtəlif vaxtlarda AYM-ə beş ayrı müraciət etmişik”,- Demir deyib.

“AYM bütün bu müraciətləri birləşdirib və hamısını əhatə edən bir qərar qəbul edib”,- vəkil deyib. “Halbuki, üst məhkəmənin qərarı xüsusilə tənqidə layiqdir”,- o bildirib,- “çünki Demirtaşın həbsdə qalmasının heç bir qanuni tərəfi yoxdur”.

Türkiyə Ədalət və İnkişaf Partiyası (AKP) və Prezident Rəcəb Tayyib Ərdoğanın tərəfdarları istisna olmaqla bütün Türkiyə cəmiyyəti Demirtaşın azad edilməli olduğunu deyir.

“AİHM 20 noyabr 2018-ci il tarixli qərarında eyni məsələyə diqqəti çəkib və həbs müddətinin siyasi motivlərlə uzadıldığını qeyd edib”,- o bildirib.

AİHM qərarında açıq şəkildə bildirib ki, Demirtaşın həbsi ölkə prezidentin müdaxiləsi ilə başlanmış bir prosesdir.

“AYM qərarı AİHM ilə paraleldir, yalnız yeganə fərq siyasi motivasiya hissəsinin olmamasıdır”, – vəkil deyib.

Demirtaş zorakılıq, talan, öldürmə və xəsarət yetirmədə ittiham olunur.

Bütün ittihamlar HDP “Twitter” hesabından dinc etirazlara çağıran tvitə söykənir. “O, insanları etiraz edərək demokratik hüquqlarını həyata keçirməyə çağırmışdı”,- Demir bildirib.

Ana səhifəDünyaVəkil: Məhkəmə qərarlarına baxmayaraq Demirtaş barmaqlıqlar arxasındadır