Vəkil həbs olunan fəalla görüşüb

Əsabəli Mustafayev: ”Deyəsən hökümət indiki və gələcək büdcələrdəki bütün avroları cəbhəçilərə xərcləmək istəyir”

Source:
Əsabəli Mustafayev
Əsabəli Mustafayev
Əsabəli Mustafayev
Əsabəli Mustafayev


Əsabəli Mustafayev: ”Deyəsən hökümət indiki və gələcək büdcələrdəki bütün avroları cəbhəçilərə xərcləmək istəyir”

“Noyabrın 25-də həbs olunan və barəsində 30 gün inzibati həbs tədbiri tətbiq olunmuş İslam Sahiboğlu ilə bu gün Binəqədidəki cəzaçəkmə müəssəsində görüşdüm. Əhval-ruhiyyəsi yüksəkdir, bütün dostlarına salam göndərir».

Bunu vəkil Əsabəli Mustafayev noyabrın 26-da öz “Facebook” səhifəsində yazıb.

“Həbsinin rəsmi versiyası köhnə hamamdakı köhnə tası xatırladır: yaşadığı evdən çıxan kimi küçədə yüksək səslə nəlayiq söyüşlər səsləndirmiş, bu hərəkətinin dayandırılması barədə polisin tələbinə tabe olmamışdır. Deyəsən, hökümət indiki və gələcək büdcələrdəki bütün avroları cəbhəçilərə xərcləmək istəyir. Hökümət cəbhəçilərin tutulması üçün qrafik tərtib edib. Son aylar hər cümə günü bir nəfəri tutur. Mən də məcbur olub həbsdə olanla görüşmək üçün şənbə günü gedirəm cəzaçəkmə müəssəsinə. Topladığım məlumatlar əsasında şənbə və bazar günləri apellyasiya şikayəti tərtib edirəm ki, 1-ci gün məhkəməyə təqdim edim. Onunsuz da bu həbslər və Avropa Məhkəməsindəki işlər son 5 ildə bayram və istirahət günlərini vəkilləri istirahətdən məhrum edib» – deyə vəkil qeyd edib.

Noyabrın 25-də AXCP Gənclər Komitəsinin fəalı İslam Sahiboğlu səhər saatlarında saxlanılaraq Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə aparılıb. Sonra o, inzibati qaydada 30 sutka həbs edilib.

Ana səhifəXəbərlərVəkil həbs olunan fəalla görüşüb