“
Qeyri-r
ə
smi m
ə
lumatlara g
ö
r
ə
,
h
ə
r iki qarda
ş
a i
ş
g
ə
nc
ə
verilir
”
“Məhkəmənin qərarında açıq yazılıb ki, Fərəc Kərimovun həbsinin icrası 1 saylı Bakı İstintaq Təcridxanasına tapşırılır. Məhkəmənin qərarına baxmayaraq, Fərəc Kərimov hələ də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlama kamerasında saxlanılır. Bu, qanun pozuntusudur” – vəkil Nemət Kərimli “Turan İA”-a bildirib.
Vəkil dəfələrlə müraciət etməsinə baxmayaraq, işi aparan müstəntiqlə və F Kərimovla görüşə imkan yaradılmayıb.
“İyulun 25-də yenidən görüş üçün müraciət etmişəm. Amma indiyədək görüş verilməyib” – vəkil Nemət Kərimli belə deyib.
N.Kərimli bildirib ki, qeyri-rəsmi məlumatlara görə, hər iki qardaşa işgəncə verilir. “Sirac Kərimovla bağlı iyulun 17-də DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təcili yardım çağırılması barədə məlumatım var”.
Vəkil həmçinin İşgəncələrə Qarşı Komitənin sədri Elçin Behbudova məlumat verib.
Öz növbəsində Elçin Behbudov “Turan İA”-a bildirib ki, iyulun 26-da gün ərzində Fərəc və Sirac Kərimovlarla görüşməyə cəhd edəcək.
Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini və Facebook fəalı Fərəc Kərimov iyulun 23-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq satış məqsədilə böyük ölçüdə narkotik maddə əldə etmək və ya saxlamaq) maddəsi ilə ittiham irəli sürülüb.
F. Kərimovun qardaşı Sirac Kərimov isə iyulun 17-də eyni ittihamla saxlanıb.
İyulun 24-də Nərimanov Rayon Məhkəməsi Fərəc Kərimovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib.
Artıq Amnesty International hüquq-müdafiə təşkilatı Fərəc Kərimlinin həbsindən narahatlığını ifadə edən açıqlama yayıb.