Vəkil: “Ceyhun Cəfərov ittihamı qəti şəkildə rədd edir”

İlhaiyyatçı mart ayında İrandan Bakıya qayıdarkən MTN-ə dəvət edilib, saxlanılıb və ona qarşı dövlətə xəyanət ittihamı irəli sürülüb

Source:


İlhaiyyatçı mart ayında İrandan Bakıya qayıdarkən MTN-ə dəvət edilib, saxlanılıb və ona qarşı dövlətə xəyanət ittihamı irəli sürülüb

Vəkil Cavad Cavadov bir müddət əvvəl həbs edilən və Milli Təhlükəsizlik Nazirliyinin  (MTN) təcridxanasında saxlanılan Ceyhun Cəfərovla görüşüb. Vəkil C.Cavadov bu haqda özünün sosial şəbəkə profilində bildirib.

MTN-də saxlanılan C.Cəfərovla görüşdüyünü deyən C.Cavadov C.Cəfərovun dövlətə xəyanət ittihamını qətiyyətlə rədd etdiyini, hamıya günahsız olmasının çatdırılmasını xahiş etdiyini vurğulayıb.

İlahiyyatçı C.Cəfərov İslam Universitetində dərs deyib. “Space” telekanalında “Gecə söhbətləri” dini verilişində aparıcı olub. 10-larla kitabın tərcüməçiliyini, redaktorluğunu edib. Rəhbəri olduğu “Təkamül” Tərcümə Mərkəzi nəşriyyatı islam dinində ən mükəmməl Quran təfsirlərindən olan “əl-Mizan” tərcümə edilərək nəşr olunub. C.Cəfərov həcc ziyarəti zamanı QMİ tərəfindən zəvvar qruplarına rəhbər olub, ziyarətin təşkili və düzgün yerinə yetirilməsində zəvvarlara yardım edib.

C.Cəfərov bu ilin mart ayında İrandan Bakıya qayıdarkən MTN-ə dəvət edilib, saxlanılıb və ona qarşı dövlətə xəyanət ittihamı irəli sürülüb. Buna qədərsə digər ilahiyyatçı Elşən Mustafaoğlu analoji ittihamla MTN tərəfindən saxlanılıb.

Ana səhifəXəbərlərVəkil: “Ceyhun Cəfərov ittihamı qəti şəkildə rədd edir”