Vəkil Cahangir Hacıyevlə görüşüb

Sabiq bankirə verilən yeməklərin keyfiyyəti artırılıb

Source:


Sabiq bankirə verilən yeməklərin keyfiyyəti artırılıb

Vəkil Aqil Layicov “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevlə görüşüb.

Bu barədə “Report”a A.Layicov məlumat verib.

C.Hacıyev ona verilən yeməklərin keyfiyyətinin artırıldığını bildirib: “Lakin yenə də yeməklər gündəlik qida rasionu standartlarına cavab vermir”.

C.Hacıyev dekabrın 5-də həbs edilib. Onun barəsində Nərimanov Rayon Məhkəməsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Həmin qərarın ləğv olunması barədə apellyasiya şikayəti verilib. Lakin Bakı Apellyasiya Məhkəməsində apellyasiya şikayəti təmin edilməyib.

C.Hacıyev Cinayət Məcəlləsinin 179.1 (mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.

Ana səhifəXəbərlərVəkil Cahangir Hacıyevlə görüşüb