Vəkil barəsində cinayət işi başlanıb

Keçmiş MTN generalı Teymur Quliyevlə görüş zamanı vəkilin üzərinə baxış keçirilərkən mobil telefon aşkarlanıb

Source:


Keçmiş MTN generalı Teymur Quliyevlə görüş zamanı vəkilin üzərinə baxış keçirilərkən mobil telefon aşkarlanıb

Vəkil Arif Rəsulov barəsində cinayət işi açılıb.

“Report”un əldə etdiyi məlumata görə, Bakı İstintaq Təcridxanasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Monitorinq Mərkəzinin rəisi, general mayor Teymur Quliyevlə görüş zamanı vəkilin üzərinə baxış keçirilərkən mobil telefon aşkarlanıb.

İşlə bağlı Ədliyyə Nazirliyinin İstintaq İdarəsində ekspertiza təyin edilib. Daha sonra A.Rəsulovun barəsində Cinayət Məcəlləsinin 317-1.2-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi, eyni əməllər şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

A.Rəsulov 13 saylı hüquq məsləhətxanasının rəhbəridir.

Ana səhifəXəbərlərVəkil barəsində cinayət işi başlanıb