Vəkil: Aslan Aslanovun həbsinə hazırlıq yekunlaşmaqdadır (yenilənib)

Aslan Aslanov: “Vəkil özü yaxın zamanlarda müdafiə etdiyi şəxsin yanına gedəcək”

Source:


Aslan Aslanov: “Bu xəbərləri yayan vəkil özü də yaxın zamanlarda müdafiə etdiyi şəxsin yanına gedəcək”


Aslan Aslanov isə “Qafqazinfo”ya açıqlamasında bu məlumatı dezinformasiya adlandırıb: “Yayılan xəbərlər cəfəngiyatdır. Hazırda evimdəyəm. Bu xəbərləri yayan vəkil özü də elə yaxın zamanlarda müdafiə etdiyi şəxsin yanına gedəcək”.


Şəmkir rayonunun sabiq icra başçısı və kənd təsərrüfatı nazirinin keçmiş müavini Aslan Aslanovun oğlu Ruslan Aslanovun qətlində təqsirləndirilərək həbs edilən Lamiyə Quliyeva və Vüqar Əliyevin vəkili Adəm Məmmədov yeni məlumat yayıb. O, Facebook səhifəsində fevralın 8-də Aslan Aslanovun həbs xəbərini aldığını yazıb:


“Rəsmi orqanlarla apardığımız dəqiqləşdirmədən sonra belə məlum oldu ki, Aslan Aslanovun həbs olunması barədə informasya təsdiqlənmir, lakin onun həbs ilə bağlı hazırlıq işləri yekunlaşmaqdadır…”.


Bu olayın son 2 həftədə diqqət mərkəzində olmasına səbəb 2014-cü ilin oktyabrında Lamiyənin həbsxanada atasız uşaq dünyaya gətirməsidir.

Şəmkir rayonunun sabiq icra başçısı və kənd təsərrüfatı nazirinin keçmiş müavini Aslan Aslanovun oğlu Ruslan Aslanovun qətlində təqsirləndirilərək həbs olunan Lamiyə Quliyeva və Vüqar Əliyev olayı haqqında hər gün yeni xəbər yayılır.

Bazar günü isə qətldə günahlandırılaraq ömürlük azadlıqdan məhrum edilən Vüqar Əliyevin vəkili Adəm Məmmədov sensasiya sayılacaq məlumat yayıb. Vəkil öz Facebook səhifəsində yazır:

”Fevralın 8-də belə bir məlumat aldıq ki, Aslan Aslanov həbs olunub. Rəsmi orqanlarla apardığımız dəqiqləşdirmədən sonra belə məlum oldu ki, Aslan Aslanovun həbs olunması barədə informasya təsdiqlənmir, lakin onun həbs ilə bağlı hazırlıq işləri yekunlaşmaqdadır…”.

Oayın son 2 həftədə diqqət mərkəzində olması 2014-cü ilin oktyabrında Lamiyənin həbsxanada atasız uşaq doğmasıdır.

Ana səhifəXəbərlərVəkil: Aslan Aslanovun həbsinə hazırlıq yekunlaşmaqdadır (yenilənib)