Vegeterianlıq bir həyat tərzi kimi son zamanların ən çox maraq duyurulan sahəsidir. Bunu Google Trends`dən izləmək olar. Belə ki sabiq ABŞ prezidenti Bill Klintonun vegeterian olduğunu açıqlaması, Justin Timbarlake`in “Bring it on down to Veganville” treki kimi nümunələr vegeterianlığa ola marağın birə-beş artmasına səbəb olmuşdur. Google Trends`ə görə toplumun vegeterian qidalanmya marağı görünməmiş həddə artmışdır. Aşağıdakı qrafik vegan sözünü axtaranların nə qədər artdığını göstərir. 2004-dən bəri ən yüksək göstərici – 100 rəqəmi bir neçə dəfə təkrarlanıb, hal-hazırda 2015 yanvar ayına olan göstərici də 100 sayını göstərir.
“Vegeterian” sözü sağlam həyat deməkdir və adi halda heyvan mənşəli məhsullardan – ət, süd, yumurtadan pəhriz kimi anlaşılır. Vegeterianlıq təkcə bir insanın ət məhsullarından imtina etməsi demək deyil, bu, həyat tərzidir.
Bəzi insanlar heyvanları yemək üçün bəsləməyin və öldürməyin yalnış olduğunu düşünür və buna görə də vegeterin həyat tərzini seçir. Bəziləri isə ət yeməyin zərərli olduğunu deyərək, vegeterian olur. Buddizm, Hinduizm və Xristianlığın bəzi məzhəblərinə mənsub olan insanlar isə heyvanların yeyilməsinə etiraz olaraq vegeterianlığı seçiblər. Hətta Hindistanın Gurajat vilayətinin Palitana şəhərində 200-ə yaxın Jainist rahib aclıq aksiyası keçirmişdi ki, şəhər “vegeterian şəhər” statusu qazansın. Rahiblər məqsədlərinə çatıb, şəhəri dünyada ilk dəfə “vegeterian şəhər” kimi tanıdıblar. Hazırda şəhərdə ət və yumurta satışı qanunsuz hesab olunur.
Ümumiyyətlə isə, qida çox şəxsidir, bu sadəcə bir ehtiyac deyil. Qida adətən müəyyən hisləri təcəssüm etdirir: tanışlıq, istirahət, gündəlik həyat, hətta stress. Biz müxtəlif vəziyyətlərdə yeyirik və bizim özümüzə aid, çox şəxsi seçimlərimiz var. Eyni zamanda, biz qabımızda, əlimizdə, masa üzərində olanlara çox yadlaşmışıq. Heç hərdən özünüzə sual vermisiz ki, ət, kolbasa və ya burger hardan gəlir? Şəxsi məmnuniyyət etik qərarları əks etdirir. Hər birimiz qərar verməliyik: biz nə yemək istəyirik. Məsuliyyətli istehlak elə bir şeydir ki, son dövrlər çox sayda insanın tələbatına çevrilib. Orta statistik istehlakçı ət yeməyin, əslində, qlobal təsirli bir şey olduğunu necə anlaya bilər? Nə qədər insan onun ətə olan tələbatının Amazonun tropik meşələrinin təmizlənməsinə birbaşa cavabdeh olduğunu dərk edir? Kim heyvandarlıq sənayesinin inkişafının aclıq və yoxsulluğa, yerdəyişmə və miqrasiyaya, heyvanların müdafiəsinə və ya iqlim dəyişikliyi və biomüxtəlifliyə göstərdiyi təsirin nəticələrindən xəbərdardır?
Bu sualların heç biri ət və ya kolbasa qablaşdırması üzərində görünmür. Əksinə, böyük kənd təsərrüfatı biznesmenləri bizim ətə olan böyük tələbatımızın neqativ yanlarını mənfiyə endirməyə cəhd edirlər. İnkişaf etmiş ölkələrdə reklam və qablaşdırmalar xoşbəxt fermalarda xoşbəxt heyvanları əks etdirirlər. Əslində isə, acı çəkən heyvanların dözümü, ekoloji ziyan, sosial təsirlər xalça altına süpürülür. Dünyada hər yeddi adamdan birinin qida əldə etmək üçün yetərli imkanı yoxdur.Buna görə də insanların qərar verməsi və qərarlarını əsaslandırması üçün onları məlumatlandırmaq lazımdır.
Qida bir zərurətdir, bir incəsənətdir, bir indulgensiyadır. Amma ərzaq istehsalının qlobal sistemi pozulub. Əgər dünyanın bəzi hissələrində insanların yeməsi üçün kifayət qədər qida yoxdursa, digər hissələrində insanlar piylənmədən əziyyət çəkir. Milyonlarla ton qida boş yerə istifadə olunub atılır, israf olunur. Bitkilər Amerika və Avropada azğınlıqla avtomobilləri “qidalandırmaq” üçün bioyanacağa çevrilir. Son 50 ildə ərzaq sistemi ucuz resurslardan, kimyəvi spreylərdən, dərmanlardan çox asılı olub.
Heç nə bizim ərzaq və kənd təsərrüfatını, heyvandarlıq sektoru və ucuz, bol ət axtarışı kimi daha yaxşı təcəssüm etdirmir. Son illərdə dünyadakı bir çox pandemik xəstəliklər fabrik, fermalarda yaranıb. Heyvandarlıq sənayesinin artımı ən böyük istixana emitetlərindən biridir və dünyanın taxıl və su ehtiyatının böyük miqdarda istifadəsinə görə məsuliyyət daşıyır. Bütün dünyada heyvandarlıq sənayesi daha da qəddar, məhdud şəraitdə artırılmaqdadır: heyvanlar kəsiləcəkləri günə qədər öz qısa həyatlarını süni işıq altında keçirir, antibiotik və böyümə hormonları ilə bədənləri doldurulur.
Getdikcə, beynəlxalq ictimaiyyətdə hazırki sənayeləşmiş və korporasiyalar tərəfindən idarə olunan sistemin davamlı olmadığını və uğursuzluğa məhkum olduğunu anlayır. Əgər biz dünyanın artmaqda olan əhalisini planeti məhv etmədən qida ilə təmin etmək istəyiriksə, ərzaq və kənd təsərrüfatında radikal dəyişikliklər etməliyik. Sistemin qida azadlığına ehtiyacı var. İnsanlara nəyi necə yeməklərinə, az da olsa, təsir etməliyik və daha da düşüncəli olmalıyıq. Heç nəyi vecinə almayan, ancaq qazancını düşünən kapitalistlərin idarəsində olan sistemə tam təsir etməyin vaxtıdır. Ət istehsalında və idxalında elədiyimiz inqilabi addımlar sadəcə başlanğıc ola bilər. Elə bir dünya qurmalıyıq ki, natural resurslardan daha səmərəli istifadə olunsun. Əmin olmalıyıq ki, əlimizdə olan resurslar hər kəsə bərabər paylanır, bu gün də, elə sabah da…
Hər kəsi sağlam, təhlükəsiz qida ilə tam təmin edən bir dünya qurmaqlıyıq.
Hazırda bu fikirlərə əsaslanaraq vegeterian olan əhalinin sayı getdikcə artmaqdadır, təkcəHindistanda 400 milyona yaxın vegeterian var. Bu da, ümumdünya vegeterianlarının sayından çoxdur. ABŞ-da əhalinin 3%-ə yaxını vegeteriandır. Şərqi Avropanın mərkəz hissəsini isə Avropanın yaşıl regionu adlandırırlar. Ümumiyyətlə isə, son 3 ildə vegeterianların sayı 3 dəfə artmışdır. Eyni zamanda vegeterianlığa marağın artmasının səbəbləri ürək xəstəliklərinə, diabetə xeyirli olması və bir çox məşhurların bu həyat tərzini seçməsi ola bilər.