Vaşinqton Bakını Mehman Əliyevə qarşı ittihamları götürməyə çağırıb

”Azərbaycan hökumətini öz fundamental azadlıqlarından istifadə etdiklərinə görə həbs edilmiş bütün şəxsləri azad etməlidir”

Source:


”Azərbaycan hökumətini öz fundamental azadlıqlarından istifadə etdiklərinə görə həbs edilmiş bütün şəxsləri azad etməlidir”

ABŞ Dövlət Departamenti Azərbaycan hökumətini Mehman Əliyevə qarşı ittihamları götürməyə və “Turan” İnformasiya Agentliyinin fəaliyyətini davam etdirməsinə imkan verməyə çağırıb.

Bu barədə Dövlət Departamentinin sözçüsü Hether Noyertin (Heather Nauert) “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin azad edilməsi ilə bağlı açıqladığı bəyanatda deyilir (


Amerikanın səsi)


.

Məlumatda bildirilir ki, Birləşmiş Ştatar sentyabrın 11-də “Turan” İA-nin baş redaktoru Mehman Əliyevin məhkəməyə qədər azad edilməsini müsbət hal kimi qeyd edir.

“Biz hökumətdən ona qarşı bütün ittihamların götürülməsini və agentliyin öz mühüm fəaliyyətini maneəsiz olaraq davam etdirməsinə imkan verməsini istəyirik. Rəsmiləri bu müsbət addımdan istifadə edərək, Azərbaycanda ifadə azadlığı və digər insan haqlarının gücləndirilməsi istiqamətində tədbirlər görməyə çağırmağa davam edirik. Əvvəlki kimi Azərbaycan hökumətini öz fundamental azadlıqlarından istifadə etdiklərinə görə həbs edilmiş bütün şəxsləri azad etməyə çağırırıq”,-deyə Hether Noyert fikrini tamamlayıb.

Ana səhifəXəbərlərVaşinqton Bakını Mehman Əliyevə qarşı ittihamları götürməyə çağırıb