Varlı ermənistanlılar Dubaya yatırım edir

Ermənistan hökumətinin bəzi rəsmiləri və biznesmenlər son illər Dubaya üz tutur, dünya zənginlərinin yoluyla gedərək burada əmlak əldə edir

Source: google.az

Dubay vergidən yayınanların pulyuma mərkəzi hesab olunur

Ermənistan hökumətinin bəzi rəsmiləri və biznesmenlər son illər Dubaya üz tutur, dünya zənginlərinin yoluyla gedərək burada əmlak əldə edir.

Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Xəbərləmə Layihəsi (OCCRP) bu faktı aşkarlayıb.

Dubay vergidən yayınanların pulyuma mərkəzi hesab olunur. Bəzi məmurlar mövqeləri və bəlli maaşlarına uyğun gəlməyən dəbdəbəli mülkiyyətə yiyələniblər.


Azadlıq Radiosu

xatırladır ki, ötən ilin yayında OCCRP “Dubayın Qızıl Torpaqları” adlı geniş hesabat dərc etmişdi.

Hesabatda bu şəhərin çiçəklənməkdə olan daşınmaz əmlak bazarından söz açılırdı. Sənəddə qeyd olunurdu ki, Dubay “dünya zənginlərinin vergilərdən yayına bildiyi, sanksiyalardan yan keçdiyi, pul yuduğu, aktivlərini öz ölkələrində polis və vergiödəyicilərindən gizlədə bildikləri universamdır”.

Qurumun Ermənistandakı tərəfdaşı olan Hetq bu məlumatları təhlil edərək Ermənistanın indiki və keçmiş məmurlarının, biznesmenlərinin daşınmaz əmlak sövdələşmələrini aşkarlayıb və bu da həmin şəxslərin belə bahalı əmlaka necə sahiblənməsi barədə suallar doğurur.

EE6E6372-50C2-4A4A-9308-DBB522484529_w1597_n_r1_st.jpg
Dubay, “Cümeyra palması” süni adası

Vaşinqtonda mənzillənən “Global Financial Integrity” konsaltinq təşkilatı hələ 2015-ci ildə yazırdı ki, 2004-2013-cü illər ərzində Ermənistandan 9,8 milyard dollar vəsait qanunsuz çıxarılıb.

“Qızıl Torpaqlar” hesabatında alınan əmlakın qiyməti göstərilməyib.

Dubayda əmlakı olanlardan biri Ermənistan parlamentinin üzvü Hrant Davtyan-dır. O, 2012-ci ildən parlament üzvüdür. 2017-ci ildə açıqlanmış maliyyə deklarasiyasında Dubayda əmlakı olduğu göstərilməyib. 2018-ci ildə təqdim etdiyi deklarasiyada isə Dubayda bir mənzilinin olduğu qeyd edilir.

Davtyan Hetqə açıqlamasında Dubayda əmlak sahibi olduğunu təsdiqləyib, amma öz adına qeydiyyatdan keçmədiyini deyib. “Bunu deyəsən 15 il qabaq almışıq, məncə, sahəsi 86 kvadrat metrdir”, – o deyib.

Amma sənədlərdə əmlakın onun adına olduğu görünür.

Yanvarda Al Sahabda birotaqlı mənzilin qiyməti 350 min dollar olub. Ermənistan parlamenti üzvünün aylıq maaşı isə 1350 dollardır.

Parlamentin 1999-2007-ci illərdə üzvü olmuş Hakob Hakobyan 2001-ci ilin sentyabrında Al Sahab qüllələrində mənzil alıb, 2015-ci ildə isə satıb.

Dubayda əmlakı olan digər ermənistanlı Artur Afrikyan-dır. O, region üzrə baş vergi müfəttişindən Dövlət Gəlirləri nazirinin baş müşaviri (2000-2001) postunadək yüksəlib. Daha sonra Dövlət Gömrük Komitəsində çalışıb, 2014-2016-cı ildə maliyyə nazirinin müavini olub. 2016-cı ildə yeni baş nazir təyin olunanda istefa verib.

Afrikyan 2014-cü ildə Bürc Xəlifədə 43-cü mərtəbədə mənzil alıb. “Arabian Business” onlayn dərgisi ötən il yazırdı ki, bu qüllədə ən ucuz mənzilin kvadrat metri 15 min dollardır. 2015-ci ildə Ermənistanda illik hökumət maaşının ən yüksək həddi 18 min dollar olub və bu pula Afrikyan sözügedən məşhur rezidensiyada 1,2 kvadrat metrlik ərazi əldə edə bilərdi. Amma onun mənzilinin sahəsi bəlli deyil.

Bundan başqa “Qızıl Torpaqlar” hesabatına görə, o, Cümeyra palmasındakı Marina Rezidensiyasında iki mənzil satıb. Bu mənzillərin sahəsi də bəlli deyil. Amma bu məkanda satışa çıxarılan ən kiçik ikiotaqlı mənzillərin dəyəri 460 min- 600 min dollar arasıdır.

OCCRP daha bir neçə keçmiş məmur və biznesmenin Dubay mülklərini sadalayır. Amma onların hansı pulla əldə edildiyini öyrənə bilməyib.

Ana səhifəDünyaVarlı ermənistanlılar Dubaya yatırım edir