Dünən gün ərzində banklarda və valyutadəyişmə məntəqələrində dollar 1,85-1,87, avro 2-2,05 manata satılıb
Yanvarın 9-dan səhər Bakının mərkəzində bütün valyutadəyişmə məntəqələri qapadılıb. Onların bəzisinin qarşısında valyutanı “qara bazar”ın məzənnəsi üzrə dəyişən işbazları görmək olar.
Mərkəzi Bank hər hansı bəyanat və məlumat yaymayıb, halbuki, ötən gün bəyan edib ki, kommersiya bankları özləri məzənnəni müəyyən edəcəklər və bu, hərraclarda baş verir.
Praktikada isə manatın məzənnəsinin enməsi davam edir.
Nəzarətsiz devalvasiya prosesinin qarşısının alınması üçün hakimiyyət inzibati tədbirlərə əl atır, mübadilə məntəqələrini bağlayır.
Ötən gün iş gününün sonunda AMB-nin 4 faizlik faiz marjı barədə göstərişindən sonra bəzi banklar xarici valyutanın məzənnəsini endiriblər. Nelə ki, Access Bank dolların alışını 1.5642, satışını 1.6267 manat həddində müəyyən edib. Avro üçün aşağıdakı məzənnə müəyyən edilib: alış 1.6329, satış 1.7689.
AGBank, Yapı Kredi, Bank of Baku, Nikoil Bank və digərləri də təxminən belə məzənnə müəyyən ediblər. Gün ərzində banklarda və valyutadəyişmə məntəqələrində dollar 1,85-1,87, avro 2-2,05 manata satılıb.
Lakin AMB-nin təlimatı açıqlandıqdan sonra bütün valyutadəyişmə məntəqələri qapadılıb.
Şənbə günü adətən qısa iş günü rejimində fəaliyyət göstərən banklar və filiallar bu gün səhərdən bağlıdır.
Turan İA