Valyuta hərracında dollara tələbat rekord həddə çatıb

”Tələbin həddindən artıq genişlənməsi nəticəsində növbəti hərraclarda valyuta təklifinin 100-200 mln. dollara qədər artırılacağı gözlənilir”

Source:


”Tələbin həddindən artıq genişlənməsi nəticəsində növbəti hərraclarda valyuta təklifinin 100-200 mln. dollara qədər artırılacağı gözlənilir”

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) keçirdiyi valyuta hərracında kommersiya banklarının dollara olan tələbatı faktiki təklifi təxminən 12 dəfədən artıq üstələyərək rekord həcmdə – 600 mln. ABŞ dollarından çox olub.

Bu barədə “Report”a bank dairələrindən məlumat verilib.

“Report” xəbər verir ki, ARDNF-in hərraca çıxardığı valyutanın məbləği 50 mln. dollar olub. Bu vəsait 29 kommersiya bankına satılıb.

“Report”un analitik qrupu hesab edir ki, tələbin həddindən artıq genişlənməsi nəticəsində növbəti hərraclarda valyuta təklifinin 100-200 mln. dollara qədər artırılacağı gözlənilir: “Bundan sonra manatın dollar qarşısında bir qədər dəyər qazanması mümkündür”.

Ana səhifəXəbərlərValyuta hərracında dollara tələbat rekord həddə çatıb