Valyuta bazarında ajiotaj səngiyib

Bakıdakı valyutadəyişmə məntəqələrinin bir çoxu adi rejimdə işləyib, valyuta qeyri-məhdud sayda, hər halda bir neçə min civarında alınıb.

Source:

Bakıdakı valyutadəyişmə məntəqələrinin bir çoxu  adi rejimdə işləyib, valyuta qeyri-məhdud sayda, hər halda bir neçə min civarında alınıb.

Avqustun 27-də səhərdən Bakıdakı valyutadəyişmə məntəqələrinin bir çoxu  adi rejimdə işləyib, valyuta qeyri-məhdud sayda, hər halda bir neçə min civarında alınıb.

Lakin valyutadəyişmə məntəqələri nədənsə ancaq yüz dollarlıq əskinazlar satırlar.

Dollar  manata nisbətdə 1,052-1,054 məzənnə ilə satılır.

Kommersiya banklarında məzənnə yüksək olub – 1 dollar üçün – 1,057 manat.

Mərkəzi Bankın rəsmi məzənnəsi 1 dollara görə 1.0475  olub.

Avqustun 26-ı ilə müqayisədə dollar 0.0008 bənd bahalaşıb.

Avronun məzənnəsi  1 manata görə 1.1885 olub, 0,0174 azalıb.

Müşahidəçilər bazarda vəziyyətin sabitləşməsini AMB-nin fəal müdaxiləsi ilə izah edirlər. Belə ki, AMB devalvasiyaya yol verməməyə çalışır, çünki bu, manata və ölkənin bank sektoruna olan inamı tamamən itirə bilər.

Digər tərəfdən, bu, noyabrda keçiriləcək parlament seçkilərinə qədər ölkədə ictimai-siyasi sabitliyin saxlanması baxımından  vacibdir.

Bundan əlavə, son iki gündə neftin qiymətinin azacıq qalxması da manatın məzənnəsinin saxlanması ilə bağlı hökumətdə müəyyən əminlik yaradır.

Qeyri-rəsmi məlumata görə, AMB-dən banklara göstəriş verilib ki, depozit kreditləri üzrə dərəcələr illik 3-4%-dək endirilsin.

Bundan əlavə, AMB banklar vasitəsilə pul axınına nəzarət üzrə tədbirləri sərtləşdirir.

12 avqust təlimatına əsasən banklara tapşırılıb ki, əmanətçilərdən və ya hesab açan  və pul köçürmələri edən müştərilərdən iş yeri haqda məlumat alsınlar.

Düzdür, müştərilərdən arayış tələb olunmur və məlumatın səhihliyinə görə məsuliyyət onların üzərinə düşür.

Lakin bütün bu tədbirlər səthi xarakter daşıyır. Müstəqil ekspertlər belə fikirdədirlər ki, liberallaşma olmadan, inhisar aradan qaldırılmadan, sağlam rəqabət təmin edilmədən Azərbaycan iqtisadiyyatının və maliyyə bazarının problemlərini tamamən həll etmək mümkün deyil. (“Turan” İA)

Ana səhifəXəbərlərValyuta bazarında ajiotaj səngiyib